Yuxarı

ATƏT-dən Bakı və İrəvana çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATƏT-dən Bakı və İrəvana çağırış

ABŞ dövlət katibi Entoni Blinken, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici siyasət idarəsinin rəhbəri Jan-İv Lö Drian Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun ATƏT-in Minsk Qrupu vasitəsilə yenilənməsini dəstəkləyirlər.

Axar.az xəbər verir ki, bu barədə ATƏT-in saytında yerləşdirilmiş məlumatda bildirilir.

Həmsədr ölkələr tərəfləri sentyabrda Nyu Yorkda və noyabrda Parisdə keçirilmiş görüşlərdə başlayan xarici işlər nazirləri səviyyəsində dialoqu davam etdirməyə, eləcə də regionda davamlı sülhü təşviq etmək üçün təmasları dövlət başçıları səviyyəsində davam etdirməyə çağırıb.

“ATƏT eləcə də hər iki ölkəni sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi digər problemli məsələlərin həlli üçün konstruktiv işləməyə çağırır”, - təşkilatın saytındakı xəbərdə qeyd olunur.

Həmsədr ölkələr bir daha ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regiondakı fəaliyyətini dəstəklədiklərini bildiriblər.

Tarix
2021.12.08 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla