Yuxarı

Fərrux Məmmədov: Türkiyədə PKK-nı Rusiya oyadıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərrux Məmmədov: Türkiyədə PKK-nı Rusiya oyadıb

Bu gün PKK-nın Türkiyədəki aktivliyi birbaşa Rusiya ilə bağlıdır.

Bunu Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. Onun sözlərinə görə, Rusiya Suriyanı itirməklə barışmaq istəmir:

"Rusiyanın bölgədə təhdidi gündən-günə artmaqdadır. Çünki bu gün PKK-nın Türkiyədəki aktivliyi birbaşa Rusiya ilə bağlıdır. Eyni zamanda, Rusiyanın Ermənistanda təşkil etdiyi hərbi təlimlərin heç biri təsadüfi deyil. Təlimlərin başladığı vaxtla bərabər PKK-nın Türkiyənin şərqində aktivliyini artırması birbaşa Ərdoğan siyasətinə mesajdır. Çünki Rusiya Yaxın Şərqdə son qalası olan Suriyadan demək olar ki, çıxmaq üzrədir və ölkənin siyasi rəhbərliyi bu məğlubiyyəti qəbul edə bilmir. Ona görə də Türkiyəni daxili xaosa sürükləyərək, Suriya məsələsini ikinci plana atmaq məqsədi güdürlər. Bugünkü aktivlik birbaşa Türkiyəyə hesablanıb. Əsas məqsəd isə Türkiyənin xarici siyasətinə əngəl törətməkdir. Rusiyanın Gümrüdəki bazası bu gün iki xətt üzrə fəaliyyət göstərir: Birinci xətt bayaq söylədiyim Türkiyə məsələsidir. Digər xətt isə Cənubi Qafqazda Qarabağa təsir edərək, Azərbaycandakı mövcudiyyətini artırmaq və Bakını nəzarət altında saxlamaq. Bugünkü təlimlər buna hesablanıb".

Tarix
2015.08.08 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla