Yuxarı

Makronun görüşdən dərhal sonra yazdığı bu status...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makron bu görüşlə özünün ermənilərə nə qədər yaxın olduğunu bir daha nümayiş etdirmək istədi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli qeyri-formal görüşü şərh edərkən deyib.

O qeyd edib ki, Makronun bu görüşdə əsas məqsədlərindən biri Fransanın da regionda maraqlarının və təsirinin olduğunu göstərmək idi:

“Region daha çox Rusiyanın nüfuz dairəsində görünsə də, Fransanın da burda maraqları var. Fransa 26 illik sülh danışıqlarında heç nəyə lazım olmayan və hazırda prosesdən kənarda qalan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi yeni geosiyasi reallıqda rol almaq istəyir”.

T.Rzayevin fikrincə, Makron bu təşəbbüslə həm də Fransadakı erməni lobbisini razı salmağa çalışdı:

“Bilirsiniz ki, bu yaxınlarda Fransada prezident seçkiləri olacaq və Makron bu seçkilərdə erməni lobbisinin, erməni biznesmenlərinin dəstəyini almaq üçün bu addımı atdı. Onun bu görüşdən dərhal sonra sosial şəbəkədə “Erməniləri heç vaxt tək qoymayacağıq” statusu da buna hesablanıb. Xatırladım ki, hazırda seçkilərə hazırlaşan digər fransız namizədlər də bir-bir Ermənistana səfər edirlər. Makron da erməni lobbisinin dəstəyini təmin etməyə çalışır”.

Turab Rzayev görüşdən öncə Makronun Rusiya lideri Putinlə danışmasına da diqqət çəkib:

“Bu, sanki Makronun görüş təşəbbüsü ilə çıxış etmək üçün Putindən icazə alması idi. Fransa Avropa İttifaqı daxilində Rusiyaya ən yaxın ölkələrdən biridir və düşünürəm ki, onlar Qarabağ və Ukrayna siyasətini bir-biri ilə koordinasiya edirlər”.

Tarix
2021.12.17 / 09:00
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla