Yuxarı

Zakir Həsənov keçmiş iş yoldaşına vəzifə verdi – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zakir Həsənov Müdafiə Nazirliyi Gorədil Hərbi İstirahət Evinin rəisi polkovnik-leytenant Etibar Qasımov və onun müavini mayor Mobil Yusifovu vəzifədən azad edərək, təqaüdə göndərib.

"Axar.az"ın özəl qaynaqlardan əldə etdiyi məlumatda bildirilir ki, Z.Həsənov Etibar Qasımovun yerinə Daxili Qoşunların ehtiyatda olan polkovnik-leytenantı Ayatxan Hüseynovu təyin edib.

Məlumatda bildirilir ki, Etibar Qasımovun vəzifədən azad edilməsinə səbəb Hərbi İstirahət Evində aparılan yoxlamalar nəticəsində üzə çıxan ciddi qanun pozuntularıdır. Özəl qaynağımız onu da qeyd edir ki, Gorədil Hərbi İstirahət Evində aparılan intensiv yoxlamalar və Ayatxan Hüseynovun bir ay əvvəl Daxili Qoşunlardan təqaüdə göndərilməsi planlı şəkildə baş verib və bu, Etibar Qasımovun vəzifədən uzaqlaşdırlmasına hesablanıb.

O da bildirilir ki, vaxtilə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi vəzifəsində çalışan Etibar Qasımov keçmiş nazir Səfər Əbiyevin kadrı hesab olunur.

Xatırladaq ki, Zakir Həsənov Müdafiə naziri təyin olunandan öncə Daxili Qoşunların komandanı vəzifəsini daşıyıb.

Tarix
2014.01.10 / 14:48
Müəllif
Şahin
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla