Yuxarı

Samir Əsədlidən Fərəc Quliyevə ağır sözlәr

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Dirçəliş Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev Modern.az-a açıqlamasında VHP-yə qarşı sərt ittihamlarla çıxış edib. O, VHP-nin İcra Aparatının rəhbəri Samir Əsədlinin partiyaların dövlət büdcəsindən maliyələşməsi məsələsinə münasibət bildirərkən işlətdiyi ifadəyə qəzəblənib.

Samir Əsədlini tanımadığını deyən millət vəkili ittihamları VHP sədri Sabir Rüstəmxanlının düşüncələri kimi xarakterizə edib. F.Quliyev əlavə edib ki, onun partiyasının hər bir departamenti VHP-dan böyükdür.

Xatırladaq ki, S.Əsədli bəzi partiyaların, o cümlədən MDHP-nin partiya olaraq dövlət büdcəsindən maliyələşməyə haqqı olmadığını deyib. Fikrini belə əsaslandırıb:

"Fərəc Quliyev parlamentə seçilərkən onun partiyası qeydiyyatdan keçməmişdi. Faktiki olaraq F.Quliyev partiya funksioneri kimi yox, özü müstəqil olaraq deputat seçilmişdir. Və buna görə də onun partiyasının dövlət büdcəsi tərəfindən maliyələşməsi düzgün deyil".

Axar.az-a açıqlamasında VHP funksioneri Samir Əsədli deyib ki, VHP seçkilərə partiya kimi qatılıb, 60 dairədən partiya siyahısı ilə kampaniya aparıb və parlamentdə 3 yer qazanıb:

"Fərdi qaydada namizədliyini verən və seçilən bir şəxsin seçkilərdən sonra qeydiyyata alınan partiyası necə "parlament azlığı olan siyasi qurum" kimi dövlət büdcəsindən maliyyələşə bilər?"

S.Əsədli Fərəc Quliyevin VHP-nin nüfuzu və sayı barədə deyilənlərə də reaksiya verib: "VHP Mərkəzi Aparatının və Siyasi Şurasının deyil, hətta rayon təşkilatı sədrlərinin hər biri siyasi fəallıq baxımından Fərəc Quliyevin özündən geri qalmır. Fərəc bəy hansı haqla ölkənin ən nüfuzlu partiyalarından olan VHP-ni öz partiyacığı ilə müqayisə edir? Onun 10-15 nəfərdən ibarət qurumunun ölkə üzrə bütün üzvlərinin sayını 3-ә vursaq, bu say VHP-nin təkcə Xətai rayon təşkilatının üzvlərindən 3 dəfə az olar".

Tarix
2013.10.24 / 23:12
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla