Yuxarı

Akarın mesajı: Laçın dəhlizi üzrə müzakirələr gedir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq.

Söhbət hansı müzakirələrdən gedir?

Bakı və Ankara Zəngəzur yolunun “dəhliz” məntiqi ilə açılmasında maraqlıdır, lakin İrəvanın bundan imtina etməsi prosesi Brüssel masasına qədər daşıdı. Avropada əldə olunan razılaşma Zəngəzurda “dəhliz” prinsipini arxa plana keçirdi, tərəflər dəmir yolu və avtomobil yolunun inşası ilə bağlı anlaşdılar.

Bu razılaşmanın praktiki mərhələdə işləyəcəyi sual altında olsa da, mövcud vəziyyət dəhlizlər məsələsinə yenidən baxmağı vadar edir:

- Əliyev elə Brüsseldə “dəhlizə dəhliz” məntiqini irəli sürdü və Zəngəzurda dəhliz olmayacaqsa, Laçında da olmayacağını bəyan etdi: bu gediş Laçında nəzarəti əldən vermək istəməyən və Zəngəzur yoluna da nəzarət etmək istəyən Moskvanı dilemma qarşısında qoyur;

- Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko kommunikasiyanın açılması üzrə vahid sənədlər paketi üzərində yenidən işlənildiyini açıqladı: bu o deməkdir ki, 10 noyabr bəyanatının 9-cu bəndinə və 11 yanvar razılaşmasına yenidən baxılır və mümkündür ki, Brüssel razılaşmasına uyğunlaşdırılır; Moskva tərəflərin mövcud istəklərini nəzərə almaqla yanaşı, hər iki dəhlizdə hansısa formada mövcudluğunu saxlamağa da çalışacaq;

Hərçənd, İrəvanın Zəngəzurda “dəhliz” məntiqindən imtinası, Bakının Laçın dəhlizi ilə bağlı şərti Moskvanı tərəflərə müəyyən güzəştə getməyə də məcbur edir: hər iki tərəfin istəyində israrlı olması üçün alternativləri də var - Ermənistan üçün Avropa İttifaqı, Azərbaycan üçün Türkiyə;

Və Rudenkonun açıqlaması Moskvanın öz təsirini saxlamaq şərti ilə ortaq məxrəci tapmağa çalışdığından, Akarın açıqlaması Türkiyənin də prosesdə aktiv iştirakçı olduğundan xəbər verir.

Birincisi, Bakı və Ankara Zəngəzur yolunun “dəhliz” məntiqi ilə açılmasını istəyir: indi top Moskvadadır, ruslar İrəvanı razı sala bilməyəcəyi təqdirdə, Laçın dəhlizində postun qurulması əsas şərtdir;

İkincisi, Rusiya postun qurulmasına qarşı çıxacaqsa, Laçın dəhlizində türk hərbçilərinin də ən azı zabit heyəti ilə təmsil olunması şərt olaraq masadadır: Ankaranın Monitorinq Mərkəzini, xüsusilə türk zabitlərini aktivləşdirmək istəyi də bu ehtimalı önə çıxarır;

Mümkündür ki, müzakirələrdə bu iki istiqamət Bakı və Ankara üçün əsasdır. Və Laçın dəhlizinə nəzarətin ən azı Rusiya və Türkiyə arasında bölüşdürülməsi perspektivi var.

Tarix
2022.01.04 / 09:00
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla