Yuxarı

Donbas və Krımı işğal edən qüvvələr Qazaxıstanda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstana KTMT-nin “sülhməramlıları” adı altında daxil edilən qoşun, rəsmi məlumata görə, 2500 nəfərdən ibarətdir: 100 erməni hərbçisi, 150-200 Belarus hərbçisi, 200 Tacikistan, 150 qırğız hərbçisi, qalanları rus hərbçisidir; Rusiya hərbçilərin sayını dəqiq açıqlamayıb.

Rusiyanın “sülhməramlı missiyasında” təmsil olunan hərbi qüvvələr əvvəllər müxtəlif hərbi əməliyyatlarda iştirak edib.

31-ci hava-desant briqadası: 2013-cü ildən Çevik Hərəkat Qüvvələrinin tərkibinə daxil olan briqada II Çeçen müharibəsində və Cənubi Osetiya müharibəsində iştirak edib. Rusiya Müdafiə Nazirliyinin saytında isə briqadanın “sülhməramlı missiya” üzrə ixtisaslaşdığı bildirilir. Briqada Bosniya müharibəsi zamanı humanitar karvanları müşaiyət edib.

98-ci hava-desant diviziyası: diviziyanın hərbçiləri 1996-cı ildə Bosniya və Herseqovinada, 1998-ci ildə Abxaziya münaqişə zonasında və 1999-cu ildə Kosovada sülhməramlı əməliyyatlarda iştirak edib. 2014-cü ildə diviziyanın hərbçiləri Donbas müharibəsində separatçılara dəstək verib. Ukrayna ordusu diviziyanın bir neçə hərbçisini əsir götürdükdən sonra fakt ortaya çıxıb, lakin Rusiya tərəfi bunu təkzib edib və qeyd edib ki, “hərbçilər sərhəddə azaraq, qonşu ölkənin ərazisinə keçiblər”. 2014-cü ildə Minsk danışıqları zamanı rus hərbçilər Moskvaya təhvil verilib.

45-ci hava-desant xüsusi qüvvələri: Rusiya ordusunun ən elit bölmələrindəndir. Birinci və ikinci Çeçen müharibəsində, 2008-ci ildə Cənubi Osetiya döyüşlərində, 2014-cü il Krımın işğalında iştirak ediblər. Həmçinin, Suriya döyüşlərinin də aktiv iştirakçılarıdır. Bu briqadanın əsas vəzifəsi kəşfiyyat və diversiya əməliyyatlarının aparılmasıdır.

Belarus Xüsusi Əməliyyat Qüvvələrinin tərkibinə daxil olan 103-cü birqadanın 150-200 hərbçisini, Qırğız Respublikası “Əqrəb” xüsusi təyinatlı qüvvələrinin 150 hərbçisini göndərib. Ermənistan və Tacikistanın hansı bölmələri göndərdiyi dəqiq məlum deyil. Bu ölkələrin də xüsusi təyinatlı qüvvələr göndərdiyi ehtimal edilir.

Tarix
2022.01.09 / 10:00
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla