Yuxarı

Lukaşenkonun daha bir türk ölkəsinə təhdidi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenkonun daha bir türk ölkəsinə təhdidi...

Aleksandr Lukaşenko son zamanlar çox dekonstruktiv bəyanatlarla çıxış edir. Hakimiyyətini Rusiyanın köməyi ilə qoruyub saxlayan Lukaşenko bu gün bütün potensialı ilə tamamən Kreml rəhbərliyinin xidmətində dayanıb.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Belarus Prezidenti Aleksandr Lukaşenkonun KTMT-nin ötəngünkü iclasında Özbəkistan barədə səsləndirdiyi fikirlərinə münasibət bildirərkən deyib.

“Lukaşenko son vaxtlar bütün varlığı ilə İttifaq Dövlətinin yaradılması ideyasına qoşulub. Halbuki Rusiya ilə bu yöndə müqaviləni illər öncə imzalasa da, reallaşmasına mane olurdu. Bir neçə gün öncə Qazaxıstanın, hətta Ukraynanın da İttifaq Dövlətində olacağını anons etmişdi. Ötən gün isə gözlənilmədən Özbəkistanla bağlı eyham vurdu və bu ölkəni Qazaxıstandan nəticə çıxarmağa çağırdı. Bütün bunlar Lukaşenkonun tutduğu statusa qətiyyən yaraşmır. Digər ölkələrin suverenliyinə hörmət göstərmək əvəzinə Lukaşenko faktiki olaraq bu gün neoimperialist cəhdlərin ifaçısına çevrilib”, - politoloq bildirib.

O qeyd edib ki, bütün bunlar dünyada sabitliyi pozan hərəkətlərdir:

“Lukaşenkonun açıqlamaları dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşıdır və bu, təhlükəli tendensiyadır, son dövrlər Rusiya ilə NATO arasında kəskinləşən münasibətlərə yeni gərginlik elementləri qatmaqdadır. Siyasilər, dövlət başçıları dünyada müharibələrin qarşısını almaq əvəzinə, qarşıdurmaları daha da dərinləşdirən xətt tutursa, bu, milli dövlətlər və deməli, dünya üçün yeni çağırışlar deməkdir. Rusiya ətrafındakı ölkələrin suverenliyinə və milli haqlarına hörmət etməzsə, dəhşətli nəticələri ola bilər”.

Qeyd edək ki, Lukaşenko ötən gün KTMT-nin növbədənkənar sessiyasında Qazaxıstanda baş verən hadisələrdən ilk növbədə Özbəkistanın dərs çıxarmalı olduğunu deyib.

Tarix
2022.01.11 / 09:12
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla