Yuxarı

Ermənistan Volkovu Kəlbəcər təxribatı ilə qarşıladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan Volkovu Kəlbəcər təxribatı ilə qarşıladı

Dünən Azərbaycan və Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələri növbəti təxribata əl atıb. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarına yeni komandanın təyin edildiyi gün bu terror aktının törədilməsinin heç bir məntiqli açıqlaması yoxdur. Tək bir səbəb var. O da budur ki, Ermənistan Qazaxıstandakı mövcud durumu və yeni rus komandanın təyinatını fürsət bilərək, son aylarda Kəlbəcərdə vəziyyətin gərginliyi və buraya xarici hərbi müdaxilənin “vacibliyini” göstərmək üçün yeni bir bəhanə axtarırlar.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General Ermənistanın törətdiyi terror aktları ilə bölgədə vəziyyətin gərgin olduğu görüntüsünü vermək istədiyini qeyd edib:

“Ermənistanın digər məqsədi isə Azərbaycanı yanlış və düşünülməmiş addımlar atmağa təhrik etməkdir. Hər zaman vurğuladığımız kimi, şəhid olan və yaralanan hər bir Azərbaycan əsgərinin intiqamı mütləq alınmalı, atəşin açıldığı silah sistemləri, post və atəş açan erməni terrorçuları yox edilməlidir – necə ki, ötən gün bu baş verdi. Azərbaycan Ordusunun törədilən terror aktına layiqli cavab verdiyinə artıq kimsə şübhə etmir. Lakin Azərbaycanın Ermənistanın hazırladığı tələyə düşməməsi çox vacib məsələdir.

Son nəticədə bu terror aktı bir təsadüf deyil və Ermənistan sülhməramlıların yeni komandanına “xoş gəldin” mesajı verməyə çalışır”.

Tarix
2022.01.12 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla