Yuxarı

Marixuana çəkib, maşın sürənlərə hansı cəzalar verilir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Marixuana çəkib, maşın sürənlərə hansı cəzalar verilir?

Narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxslər sürücülülük hüququndan məhrum edilir.

Bunu Axar.az-a açıqlamasında hüquqşunas Əlməməd Nuriyev son vaxtlar Daxili İşlər Nazirliyinin narkotikin təsiri altında maşın idarə edən sürücülərə qarşı apardığı və ictimai dəstəklə müşayiət olunan reydlərin nəticələri haqda danışarkən bildirib.

O qeyd edib ki, bu məsələ ilə bağlı həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulub:

“Qanunvericiliyə əsasən, bu sürücülər cərimələnir və sürücülük hüququndan məhrum edilir. Əgər qəza hadisəsi baş veribsə, 263-cü maddəyə əsasən məsuliyyətə cəlb olunur. Cərimənin məbləği isə konkret halla bağlı olan məsələdir”.

Hüquqşünas narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxs üçün əlavə bir məsulliyyət müəyyənləşdirilməsi təklifinə də münasibət bildirib:

“İçkili vəziyyətdə olan şəxslə narkotik maddənin təsiri altında olan şəxsin avtomobil idarə etməsi eyni məsuliyyət yaradır. Bu o deməkdir ki, şəxs həmin nəqliyyat vaistəsini idarə etmək vəziyyətində deyil və ətiraf üçün təhlükə yarada bilər“.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə qeyd edib ki, sükan arxasında olan şəxslərin narkotik vasitələrdən istifadə etməsi daha təhlükəlidir:

“Polisin məqsədli və qabaqlayıcı tədbirləri belə halların qarşısının alınması üçündür. Yəni məqsədimiz odur ki, yol qəzalarının sayı azalsın və sükan arxasında təsiredici maddələr istifadə etmiş sürücü olmasın. Gündəlik nəzarət gücləndirilib.

Narkotik vasitə, spirtli içki, eləcə də digər güclü təsir göstərən psixatrop maddələri qəbul edib, sükan arxasında oturmaq və avtomobil idarə etmək ağırlaşdırıcı hal kimi qəbul edilir. Yəni birbaşa məhkəmə qərarına əsasən yüksək məbləğdə cərimə və müəyyən müddətə sürücülük vəsiqəsindən məhrumetmə nəzərdə tutulur. Məhkəmə qərarına əsasən müəyyən olunan vaxtdan sonra həmin şəxs sürücülük vəsiqəsinin tələblərinə cavab verərsə, yenidən sürücülük vəsiqəsi əldə edə bilər. Amma sərnişindaşımada bu, daha çətin prosesdir. Ümumiyyətlə sərnişindaşımada bununla bağlı daha ağır cəza tədbirləri nəzərdə tutulur. Burda artıq iki il müddətində birbaşa sürücülük hüququndan məhrumetmə tətbiq edilir. Əlavə olaraq həmin şəxsin həbsi də qanunvericilikdə nəzərdə tutulub”.

Tarix
2022.01.13 / 08:30
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

İran bu ölkəni tam itirdi: “Şiə hilalı” batdı

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla