Yuxarı

İrəvana qarşı tədbirlər görülməlidir - Britaniyalı deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvana qarşı tədbirlər görülməlidir - Britaniyalı deputat

Erməni lobbisi Azərbaycana qarşı təbliğat aparır, lakin bu cür siyasət Ermənistanın gələcəyinə qarşı işləyir.

Axar.az xəbər verir ki, bunu Report-a Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən deyib.

O qeyd edib ki, onlar xalqın gələcəyindən daha çox öz siyasi maraqları barədə düşünürlər:

"Ermənistanın Azərbaycan ilə sərhəddə törətdiyi təxribatlar təəssüf doğursa da, təəccüb yaratmır".

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət birlik nümayiş etdirməli və Ermənistana qarşı tədbirlərin görülməsi barədə məsələyə baxmalıdır.

B.Bləkmən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi layihələrində Böyük Britaniyanın iştirakının vacibliyini vurğulayıb:

"Böyük Britaniyanın minalardan təmizləmə layihələrində iştirakı, habelə bu istiqamətdə yarım milyon funt sterlinqin ayrılması iki ölkə arasında münasibətlərin həqiqətən çoxşaxəli, etibarlı və inkişaf etmiş olduğundan xəbər verir”.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin yanvarın 11-də günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdikləri təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ayaz Azər oğlu Nəzərov həlak olub.

Tarix
2022.01.14 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla