Yuxarı

Gürcüstanın ən iri aviaşirkəti satışa çıxarıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanın ən iri aviaşirkəti satışa çıxarıldı

Gürcüstan Hava Yolları (GHY) şirkəti satışa çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə şirkətin keçmiş baş direktoru, “Georgia Business Brokerage” broker şirkətinin rəhbəri Roman Bokeriya məlumat verib.

Bildirilib ki, Gürcüstanın ən iri aviaşirkəti olan GHY-nin satış qiyməti 150 milyon ABŞ dolları müəyyən olunub.

Gürcüstan qanunvericiliyinə əsasən, xarici fiziki və yaxud hüquqi şəxs şirkətin səhmlərinin yalnız 49 faizini özəlləşdirə bilər. Gürcüstan hökuməti investorların şirkətə etibarının artırılması məqsədilə səhmlərin kiçik hissəsini ala bilər.

Qeyd edək ki, 1993-cü ildə yaradılmış Gürcüstan Hava Yolları şirkəti bu yaxınlarda müflis elan olunub.

Aviaşirkətin 16 min fərdi şəxsə və 70-dən çox şirkətə 176 milyon lari (57,1 milyon ABŞ dolları) məbləğində borcu yığılıb.

Tiflis Şəhər Məhkəməsinin qərarı ilə Gürcüstan Hava Yolları reabilitasiya mərhələsinə keçib.

Tarix
2022.01.18 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla