Yuxarı

Türkiyədə neft boru kəmərində güclü partlayış oldu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə neft boru kəmərində güclü partlayış oldu - Video

00:03

Türkiyənin Qəhramanmaraş şəhərinin Pazarcıq rayonunda neft boru kəmərində partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Bildirilib ki, partlayışdan sonra güclü yanğın başlayıb. Qəhrəmanmaraş-Qaziantep avtomobil yolu nəqliyyata bağlanıb.

Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

Yanğınla əlaqədar əraziyə çox sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.

Pazarcığın bələdiyyə sədri İbrahim Yılmazcan açıqlamasında hava şəraitinin yanğının söndürülməsində çətinliklər yaratdığını bildirib:

"Hadisənin baş verdiyi yer rayonumuzdan 17-18 kilometr aralıdadır. Bütün komandalarımız ərazidədir. Vəziyyətə nəzarət edirik, lakin aldığımız ilk məlumata görə, yanğının səhərə qədər davam edəcəyi gözlənilir".

Tarix
2022.01.19 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla