Yuxarı

Bakı ilə regionda çətin çağırışlarla üz-üzəyik - Darsaliya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə regionda çətin çağırışlarla üz-üzəyik - Darsaliya

Bu gün Azərbaycan xalqı özünün həm qanlı, həm də qəhrəmanlıq tarixinin bir gününü - 20 Yanvar faciəsinin 32-ci ildönümünü qeyd edir.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya Tiflisdə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş mərasimdə çıxış edərkən söyləyib.

Onun sözlərinə görə, gürcü xalqı 1989-cu il aprelin 9-da, Azərbaycan xalqı isə 1990-cı il yanvarın 20-də çox çətin, həm də şanlı bir gün yaşayıb. Həmin günlər bizim tariximizə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Biz bu qəhrəmanlarımızı unutmayacağıq.

Gürcüstan və Azərbaycanın bu gün də eyni tarixi yaşadıqlarını vurğulayan nazir müavini deyib:

“Gürcüstan və Azərbaycan regionda çətin çağırışlarla üz-üzədir. Lakin biz birgə əməkdaşlıq sayəsində bölgədə sabitliyə nail olacağıq. Strateji tərəfdaş olan olkələrimiz sülh və əmin-amanlıq içində yaşayacaq”.

Tarix
2022.01.20 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla