Yuxarı

ASALA Bakı və Ankaraya qarşı teraktlara başlayır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ASALA Bakı və Ankaraya qarşı teraktlara başlayır?

ASALA-nın bəyanatı Azərbaycan və Türkiyəyə qarşı erməni terrorunun aktivləşəcəyi riskini gündəmə gətirdi.

Bəyanatdan çıxan nəticə budur ki:

- ASALA uzunmüddətli fasilədən sonra fəaliyyətini bərpa etdiyini rəsmi şəkildə elan edir;

- Təşkilatı “ali məqsədi” (“Qərbi Ermənistan”ın azad edilməsi və “böyük Ermənistan”ın qurulması) uğrunda terror aktlarına yenidən başlaya bilər.

Bunu bəyanatda açıq şəkildə elan edirlər. ASALA-nın keçmişdə törətdiyi terror aktları, ermənilərin çətinə düşən kimi mübarizənin əsas vasitəsi olaraq terrora əl atmaq tarixi də bu bəyanatın ciddiyə alınmasını zəruri edir.

ASALA keçmişdə olduğu kimi yenə müxtəlif ölkələrdə türk səfirliklərini hədəfə ala bilər: bu, Ankara-İrəvan xəttində normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıyır və bəyanatda da bu prosesə qarşı olduqlarını açıq mətnlə vurğulayırlar; eyni hücumların Azərbaycan səfirliklərinə edilməsi də mümkündür; Tovuz döyüşlərində xaricdə diplomatik nümayəndəliklərimizə və soydaşlarımıza hücum edən ermənilər arasında “ASALA köynəkləri” geyinənlərin olması da bu ehtimalı gücləndirir.

Terror hücumlarının Qarabağda da edilməsi istisna deyil: Şuşada ordumuzun postuna qumbara atılması, terror aktını törədən Norayr Mirzoyana maliyyə yardımlarının edilməsi hələ o vaxtdan bu məsələni aktuallaşdırmışdı; ASALA ermənilərdən terror fəaliyyətinə cəlb edə bilər və bu, bölgədə Bakının idarəçiliyinin bərpa edilməsinə qarşı olan, bunun üçün azərbaycanlılarla ermənilərin birgəyaşayışının mümkün olmadığını isbat etmək istəyən tərəflərin də marağındadır.

Tarix
2022.01.20 / 21:47
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla