Yuxarı

Bu ölkədəki ilk səfirimizin adı əbədiləşdirilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədəki ilk səfirimizin adı əbədiləşdirilir

Kiyev Milli Universitetində Azərbaycanın tarixi şəxsiyyəti, dövlət xadimi, Ukraynada ilk səfiri (1920-ci il) olmuş yazıçı Yusif Vəzir Çəmənzəminli adına auditoriya yaradılacaq.

Axar.az xəbər verir ki, Kiyev Milli Universitetinin rektoru professor Vladimir Buqrov və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bununla bağlı anlaşma memorandumu imzalayıblar.

Memoranduma əsasən, universitetin hüquq fakültəsinin 243 saylı auditoriyasına Yusif Vəzir Çəmənzəminlinin adı verilib. Auditoriya səfirliyin maliyyə dəstəyi ilə təmir olunub.

Yusif Vəzir Çəmənzəminlinin arxivindən əlyazmaların, diplom və sənədlərin surətləri, şəkillər səfir Elmira Axundovanın təşəbbüsü ilə auditoriyaya təqdim edilib. Auditoriyada, həmçinin müasir müstəqil Azərbaycana, ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə aid guşə də yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının xəritələri, Qarabağ xalçası da auditoriyada yer alıb.

Auditoriyanın qarşısında Yusif Vəzir Çəmənzəminlinin barelyefi qoyulacaq. Barelyefin müəllifir Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovdur.

Tarix
2022.01.21 / 23:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla