Yuxarı

Ərdoğan Putin-Zelenski görüşünü istəyirsə, bunu etməlidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu cəhdin uğur qazanması üçün Ankara Moskvanı dəstəkləyən rəsmi açıqlama verməlidir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Türkiyənin Ukrayna böhranında vasitəçilik təklifini dəyərləndirərkən deyib.

O, hazırkı vəziyyətdə Rusiya-NATO münasibətlərinin Türkiyədən asılı olmadığını vurğulayıb:

“İndiki şəraitdə Moskva ilə Brüssel (NATO) arasında dialoqun davam etdirilməsi üçün vasitəçiyə ehtiyac yoxdur. Rusiya öz tələblərini birbaşa ABŞ-a təqdim edib, lakin qənaətbəxş cavab ala bilməyib. Əgər Türkiyə həqiqətən də bu məsələyə əməli töhfə vermək istəyirsə, o zaman rəsmi açıqlama verməlidir ki, Rusiyanın mövqeyini dəstəkləyir və Moskvanın Qərbə təqdim etdiyi bütün məsələlərdə təhlükəsizlik maraqlarının nəzərə alınmasını tələb edir”.

Ekspert Ankaranın təşəbbüslərinin Moskvanı dəstəkləyən açıqlama vermədiyi müddətcə effektiv olma şansının az olduğunu söyləyib:

“Çünki həll yolunun asılı olduğu əsas ölkə ABŞ-dır. Türkiyə real töhfə vermək istəyirsə, Moskva və Kiyevə vasitəçilik təklif etmək əvəzinə ABŞ və NATO-ya siyasi təzyiq göstərərək, onları Rusiyanın narahatlığını ciddi qəbul etməyə təşviq etməlidir. Amma o, hələ bunu etməyib. Bu səbəbdən hazırda Türkiyənin təşəbbüslərinin uğur qazanma şansının çox aşağı olduğunu düşünürəm”.

Tarix
2022.01.29 / 09:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla