Yuxarı

Soçi meriyası Zəfər Günümüzü qeyd edir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soçi meriyası Zəfər Günümüzü qeyd edir?

Rusiyanın Soçi şəhər meriyasının rəsmi saytında qeyd olunacaq bayramlar sırasında Azərbaycanın Vətən müharibəsindəki qələbəsi – Zəfər günü də göstərilib.

Axar.az xəbər verir ki, bu, 3222 nömrəli “Bayram, xatirə və yubiley günlərinin təqvim planının təsdiqi, 2022-ci il üçün əlamətdar hadisələr və tədbirlər haqqında” Krasnodar vilayətinin Soçi şəhərinin icra hakimiyyətinin 27 dekabr 2021-ci il tarixli qərarında qeyd olunub.

Qərarın 719-cu bəndində 8 noyabr tarixinin yanında “Azərbaycan Respublikasının 2020-ci il Vətən müharibəsində Qələbə Günü” sözləri əks olunub.

Ermənistan tərəfinin çoxsaylı şikayətlərindən sonra bu qərar Soçi Administrasiyasının rəsmi saytından çıxarılıb.

Soçi Aministrasiyasının mövzu ilə bağlı açıqlamasında bildirilib ki, strukturun saytı haker hücumuna məruz qalıb və qərar dəyişdirilib.

Qeyd olunub ki, rəsmi ifadələrin dəyişdirilməsi ilə bağlı digər faktlar da aşkarlanıb.

Tarix
2022.02.01 / 17:15
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla