Yuxarı

Sülhməramlıların bu hərəkəti bizə əlcək atmaqdır - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslinə qalsa, bu məsələ ölkəmizin ərazisinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının bölgədən dərhal uzaqlaşdırılmasını gündəmə gətirir. Hesab edirəm ki, ən azı Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılmalı, ona dövlətimizin mövqeyi bildirilməlidir. Baş verən hadisə qəbuledilməzdir, ölkəmizin qanunlarına hörmətsizlikdir.

Bu sözləri Kəlbəcərə gedən Azərbaycan maşın karvanına rus sülhməramlıları ilə bərabər separatçı tör-töküntülərinin də “baxış keçirməsini” Axar.az-a şərh edən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

Ekspertə görə, rus sülhməramlıları bir il üç aydır ki, yerləşdirildikləri ərazilərdə öz vəzifələrini yerinə yetirmirlər:

“Biz indiyədək kifayət qədər səbir nümayiş etdirdik. 2020-ci ildə rus sülhməramlıları ölkəmizin ərazisinə daxil olduqdan sonra onlardan öz vəzifələrini yerinə yetirəcəklərini düşünürdük. Amma təəssüflər olsun ki, onlar on beş aydır orada heç nə etmirlər. Əksinə Kəlbəcərdəki mənzərə bizə onu deməyə əsas verir ki, rus sülhməramlıları həmin ərazidə separatizmin genişlənməsinə və çiçəklənməsinə maksimum şərait yaradıblar. Bu günə kimi biz Araikin hansısa bez parçasının altında hansısa toplantılar keçirdiyini müzakirə edirdik. Lakin indi rus sülhməramlıları o həyasızları yanlarına salıb, bizim maşınları yoxlayırlar”.

Üzeyir Cəfərov hadisənin Şuşa Bəyannaməsinin təsdiq olunması və Zakir Həsənovun Türkiyə səfəri ilə eyni vaxtda baş verməsinin diqqət çəkən məqam olduğunu vurğulayıb:

“Şuşa Bəyannaməsi Milli Məclisdə təsdiq olunan gün Zakir Həsənov Türkiyəyə səfər etdi və Hulusi Akarla birlikdə müəyyən mesajlar verdi. Kəlbəcərdəki hadisənin bununla üst-üstə düşməsi həmin görüntülərin Azərbaycana mesaj üçün dövriyyəyə buraxıldığını düşünməyə əsas verir. Ümumiyyətlə isə Rusiya Müdafiə Nazirliyi ölkəmizin qanunlarına mütəmadi şəkildə hörmətsizlik edir. Azərbaycan Prezidenti “Xankəndi” deyir, Rusiya MN öz rəsmi internet səhifəsində “Stepanakert” yazır, biz “Xocavənd” deyirik, onlar “Martuni” yazır, biz “Qarabağ”dan danışırıq, onlar isə hələ də “Dağlıq Qarabağ”dan bəhs edirlər. Bunlar yolverilməzdir. Sanki belə şeyləri bizim gözümüzdə adiləşdirərək bizdən bununla barışmağımızı istəyirlər. Əsla belə olmayacaq. Bu artıq ötən ilin 13 noyabrında Norayr Mirzoyanın Şuşa şəhəri yaxınlığında Azərbaycan əsgərlərinin və Rusiya sülhməramlılarının olduğu posta qumbara atmasından sonra bütün hədləri aşan ikinci ciddi pozuntudur. Sadə şəkildə desək, bu hadisə bizi təhqir etməkdir, xalqımızın heysiyyatına toxunmaqdır və bizə qarşı çağırışdır, bizə əlcək atmaqdır”.

Tarix
2022.02.03 / 12:42
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla