Yuxarı

Bakı üçün yeni imkanlar: marşrutlar şaxələnə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının keçirilməsi hazırda dünyada baş verən proseslər baxımından diqqəti cəlb edir. Çünki Ukrayna ətrafında hadisələr konteksində Avropa İttifaqı yeni enerji resursları və ya mövcud xətlərin daha da şaxələndirilməsi məqsədilə Qətər və Azərbaycanla mütəmadi müzakirələr aparır.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan təbii qazının Cənub Qaz Dəhlizi ilə yeni istiqamətlər üzrə də qoca qitəyə daşınması imkanları mövcuddur:

“Vaxtilə Azərbaycanın Xəzər dənizində sahib olduğu enerji resurslarının müxtəlif layihələrlə enerji bazarlarına daşınması üçün lazımi siyasi iradə nümayiş etdirməyən bəzi ölkələr artıq ölkəmizi enerji sahəsində mühüm tərəfdaş kimi görməyə başlayıb. Hətta onların arasında Fransa siyasətçiləri də var. Digər tərəfdən burada gündəmin əsas mövzularından biri Azərbaycan təbii qazının ixrac marşrutunun Qərbi Balkan ölkələrini əhatə edəcək şəkildə genişləndirilməsidir. Əlbəttə ki, əgər Aİ lazımi siyasi iradəni nümayiş etdirsə, Azərbaycanın təbii qazının sözügedən istiqamətdə də ötürülməsi mümkündür. Bu ölkəmiz üçün yeni gəlirlər və siyasi imkanların artması deməkdir”.

Zaur Əliyev Azərbaycanın öz enerji layihələri ilə heç bir ölkə, xüsusən Rusiya ilə yarışmadığını vurğulayıb:

“Bu məsələnin alternativ kimi qələmə verilməsi düzgün deyil. Alternativ deyildiyi zaman Rusiya nəzərdə tutulur, ancaq rəsmi Bakı heç kimlə yarışmır. Çünki Rusiyanın Avropaya ixrac etdiyi təbii qazın həcmi çox böyükdür və bunun müqayisəsi həm iqtisadi, həm də siyasi baxımdan doğru olmaz. Bunu Avropadan gələn nümayəndələr və rəsmi Moskva da yaxşı başa düşür. Azərbaycan heç vaxt bu və ya digər layihələrdə Rusiya ilə yarışmayıb, LUKOYL şirkəti isə bir sıra layihələrimizdə tərəfdaş kimi iştirak edir. Lakin Türkmənistan qazının Avropaya ixracı gündəmə gəlsə, bu, prinsipial məsələ olacaq. Sözügedən məsələ ilə bağlı tərəflər özləri qərar qəbul edə bilər. Bakıda yüksək səviyyədə nümayəndələrin iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının keçirilməsi bu formatın necə önəmli müzakirə platforması olduğunu göstərir. Platforma hazırda əsasən enerji sahəsində fəaliyyət göstərsə də, gələcəkdə onun qolları şaxələnə bilər. Bu marşrutla yaxın gələcəkdə Avrasiyanın orta xəttində Zəngəzur dəhlizindən və Gürcüstanın imkanlarından istifadə etməklə nəqliyyat, logistika və s. layihələr də həyata keçirmək mümkündür”.

Tarix
2022.02.05 / 09:09
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla