Yuxarı

Avtobus sürücülərinin nəzərinə: Sertifikat olmalıdır!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtobus sürücülərinin nəzərinə: Sertifikat olmalıdır!

Fevralın 15-dən COVİD-19 vaksininin 2-ci dozasının vurulmasından sonra altı aydan artıq vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. COVİD-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVİD-19-a qarşı əks-göstəriş sertifikatı olan sürücülər rayonlaraarası avtobus idarə edə bilər. Yəni 3-cü doza vaksinin vaxtı çatmayan, 2-ci peyvəndin olunma tarixindən 6 ay keçməyən hər bir sürücü hazırda avtobusları idarə etmək hüququna malikdir.

Axar.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində vaksinasiya məntəqəsi fəaliyyət göstərir. Peyvəndin olunma vaxtı yaxınlaşan hər bir sürücü və sərnişinlər məntəqəyə yaxınlaşaraq vaksin oluna bilər.

Qeyd edək ki, sabahdan COVİD sertifikatlarının etibarlılıq müddəti COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin daha bir dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin daha bir dozasını aldıqda müddətsiz olacaq.

Tarix
2022.02.14 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla