Yuxarı

Kasparov: Heydər Əliyev mənə nələr etdi… - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kasparov: Heydər Əliyev mənə nələr etdi… - Video

Heydər Əliyev ilk dəfə anamla məni 1979-cu ildə qəbul etdi. Həmin vaxt mən Yuqoslaviyanın Banya-Luka şəhərində ilk böyük uğurumu qazanmışdım.

Axar.az xəbər verir ki, bunu Bakı ermənisi olan rusiyalı müxalif siyasətçi, şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov ukraynalı məşhur jurnalist Dmitri Qordona müsahibəsində deyib.

“Əliyevin 1979-1985-ci illər ərzində etdiyi köməklər mənə müdafiə qalxanı kimi idi. Sovet sistemi rus çempionunu Bakıdan olan metisə dəyişmək niyyətində deyildi. Hətta bəzi sovet rəhbərləri də hiss edirdilər ki, Karpov kimi loyal partiya əsgərindən fərqli olaraq mənə inanmaq olmaz. Haqlı idilər. Ona görə də mənə hazırlaşmaq üçün Əliyevin köməyi lazım idi. O mənə maddi-texniki bazanın yaradılmasında yardım edirdi”, - Kasparov bildirib.

Qeyd edək ki, ötən gün Ermənistan XİN də guya sovet vaxtı ermənilərə qarşı Azərbaycanda diskriminasiya olduğu haqda yalan və böhtan yayır və DQMV-də “dirçəlişin” başlanma səbəbini də bununla izah etməyə çalışırlar. Yalnız Harri Kasparovun etirafı kifayətdir ki, Azərbaycanda heç bir millətin nümayəndəsinə, o cümlədən də ermənilərə qarşı hər hansı ayrı-seçkilik olmadığı haqda təsəvvür yaransın.

Tarix
2022.02.21 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla