Yuxarı

Tarixi gündə Əliyevin səfəri - Moskvadan baxış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixi gündə Əliyevin səfəri - Moskvadan baxış

İlham Əliyevin və Mehriban Əliyevanın Moskvaya rəsmi səfərinin belə bir tarixi məqamda başlaması heç də təsadüfi deyil. Belə məsələlərdə təsadüflər, şanslar istisna olunur.

Bu sözləri Axar.az-a müsahibəsində rusiyalı ekspert Vitali Arkov deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın Rusiyanın həqiqətən də strateji tərəfdaşı olduğunu göstərir:

“Bakı elə bir dostdur ki, məsləhətinə və diplomatik köməyinə arxalana bilərsiniz. Güman edirəm ki, cənab Əliyev Moskvada nəinki ikitərəfli münasibətləri, nəinki Kremlin dəstəyi ilə Qarabağ münaqişəsi başa çatdıqdan sonra regiona sülhün bərqərar olmasını, həm də axşam baş verən və dünya düzənində yeni dövrü müzakirə edəcək. Cənab Ərdoğan da danışıqlarda görünməz şəkildə iştirak edəcək. Məlumdur ki, üç ölkə son vaxtlar bir çox sahələrdə sıx əməkdaşlıq edir və bir çox məsələlərdə ortaq mövqeyə sahibdir”.

O bildirib ki, Rusiya-Ukrayna münasibətlərində bu gün müşahidə olunan növbəti kəskinləşmə əvvəlki kimi kənardan ilhamlanıb:

“Ancaq bu gün baş verənlərin hamısında bədnam “Vaşinqtonun əli”ni görmək səhvdir. Avromaydanda 2013-2014-cü illərdəki hadisələrdən daha çox London və Varşavanın müəyyən siyasi dairələri faydalanır. Vaşinqton, Berlin kimi, NATO müttəfiqləri tərəfindən qızışdırılan Moskva ilə münaqişəni söndürməkdə maraqlıdır. Təbii ki, Ağ Ev də münaqişədən bonusları almağa çalışır, lakin artıq bu prossesin lokallaşdırılmasını görürük”.

O qeyd edib ki, münaqişənin hərbi müstəviyə keçməsindən qaçmaq hələ də mümkündür.

Tarix
2022.02.22 / 15:13
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla