Yuxarı

Rusiyadan ölkəyə gətirilən vaksinlərin sayı açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan ölkəyə gətirilən vaksinlərin sayı açıqlandı

Biz koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır, bir-birimizə qarşılıqlı kömək edirik. Bizim tərəfimizdən Azərbaycana xüsusi test-sistemlər verilib, ən yaxşı həkimlərimizdən ibarət briqadalar göndərilib. Bu günədək təqribən 220 min doza “Sputnik V” vaksini tədarük edilib. Mən əminəm ki, kütləvi immunlaşdırma bizə, həmçinin pandemiyanın öhdəsindən gəlməyə və insanlarımızın sağlamlığını qorumağa kömək edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin fevralın 22-də Moskvada Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Bir daha Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Cənubi Qafqazın inkişafına imkan verən mühüm bəyanatını xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, yeni infrastruktur marşrutlarının yaradılması Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir. Bizim zəngin gündəliyimiz var. Sağ olun. Biz şadıq ki, Siz bizim Rusiya Federasiyası Hökumətinin Əlaqələndirmə Mərkəzinə gəlmisiniz. Əlbəttə, bizim qarşılıqlı fəaliyyətimizin bütün aktual məsələlərini müzakirə etməyə hazırıq”, - Mişustin bildirib.

Tarix
2022.02.23 / 01:41
Müəllif
Axar.az
Digər xəbərlər

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla