Yuxarı

Rasim Quliyevin işi: memar ifadəsini dəyişdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rasim Quliyevin işi: memar ifadəsini dəyişdi

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə Bakı şəhərinin baş memarı Akif Abdullayev birinci instansiya məhkəməsində verdiyi ifadəsinin dəyişdirildiyini bildirib.

"Rasim Quliyevin bu işdə heç bir günahı yoxdur. O, vəzifəyə təyin olunana qədər Bakı Şəhər İcra Hakimiyyətindəki bütün layihələr hazır idi. Rasim Quliyevdə möhür olması barədə məlumatım yoxdur, o bizim işimizə heç bir halda nəzarət etmək səlahiyyətində deyildi", - o deyib.

Daha sonra prosesdə ifadə verən "FF-2011" şirkətinin rəhbəri Tamella İbrahimova bildirib ki, o ərazidə tikinti aparmaq üçün Rasim Quliyevin sərəncamına qədər tikinti sənədlərini həll edib:

"Biz Rasim Quliyevin sərəncamına qədər bütün işləri həll etmişdim. Tikintiyə sərəncamı da almışdım, tikinti nişanını da. Rasim Quliyevin sərəncamının mənə heç bir aidiyyəti yox idi. Rasim Quliyev sərəncam verənə qədər biz binanın 4 mərtəbəsini tikmişdik".

Proses martın 16-da davam edəcək.

Tarix
2022.02.23 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla