Yuxarı

"Qarabağ"ın matçını izləməyə gələnlərin - Diqqətinə!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"ın matçını izləməyə gələnlərin - Diqqətinə!

Bu gün Tofiq Bəhramov adına stadionda baş tutacaq oyunu izləməyə gələn azarkeşlərdən şəxsi avtomobillərdən mümkün qədər istifadə etməmələri xahiş olunur.

Bu barədə Axar.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

Sürücülərə səslənən polis mayoru qeyd edib ki, azarkeşlərin və digər hərəkət iştirakçılarının rahat hərəkətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görülüb:

"Qarabağ" və "Marsel" komandalarının Tofiq Bəhramov adına stadionda saat 21:45-də keçirilməsi nəzərdə tutulan oyuna gələn və həmin ərazidən istifadə edən şəxslərin hərəkətinin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə tövsiyələrə diqqət etmələri xahiş olunur.

Belə ki, azarkeşlərdən stadiona yaxın yəni Əhməd bəy Ağaoğlu, Fətəli Xan Xoyski və Aşıq Alı küçələri istiqamətində şəxsi minik nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri rica olunur. Əsasən ictimai nəqliyyata üstünlük vermələri arzuolunandır".

Tarix
2022.02.24 / 08:00
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla