Yuxarı

Göy məscidlə bağlı həyasızlıq - İran səfiri simasını göstərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göy məscidlə bağlı həyasızlıq - İran səfiri simasını göstərdi

Ermənistanda yerləşən Göy məscid İran mədəniyyətinin simvoludur, son 3 onillikdə yenidən müsəlmanların yığışdığı dua yeri olub, həmçinin turistləri də cəlb edib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri İranın Ermnistandakı səfirliyinin Tvitter səhifəsində qeyd edilib.

“Çox xoşdur ki, onun yüzillərdən gələn İran epiqrafikası saxlanılıb. Onu kim oxuya bilər?” – statusda bildirilib.

Qeyd edək ki, bu sözlər azərbaycanlı millət vəkillərinin Göy məsciddən paylaşımından sonra yazılıb. İran səfirliyi bununla Azərbaycan deputatlarının Göy məscidin Azərbaycan abidəsi olduğunu bildirməsinə qarşı çıxıb.

Beləliklə, İran ənənəvi simasındadır. Azərbaycan torpaqlarının işğal altında olduğu illərdə Şuşadakı məscidi guya təmir edən və farslaşdıran Tehran eyni işi İrəvandakı Göy məsciddə də görüb. Ermənistanda yeganə ibadət yeri kimi saxlanılan bu abidəni də təmir adı ilə iranlaşdırmaqla, guya fars abidəsi kimi tarixə pərçim edəcəyini düşünür.

İranın Ermənistanda və Ermənistanın müvəqqəti işğalı altında olmuş torpaqlarımızda məscidlərə donuz bağlanmasına göz yumub, Şuşa və İravandakı iki məscidi farslaşdırmasının heç bir mədəni səbəbi yoxdur. İran onsuz da qədim ənənəyə, abidələrə malik dövlətdir və onun Azərbaycan abidələrini özününküləşdirməkdə mədəni qəsbinə ehtiyacı olmamalıdır.

Burda məqsəd siyasidir – İran dövləti Ermənistanla əl-ələ verərək, Ermənistandakı və Ermənistanın işğalı altında 28 il qalmış torpaqlarımızdakı mədəniyyətimizi, tariximizi, abidələrimizi Yür üzündən silməyə çalışıb. Məqsəd azərbaycanlıların izini qazımaqda ermənilərə can-başla yardım etmək, indiki Ermənistan ərazisinin azərbaycanlıların dədə-baba yurdu olmadığı yalanında ermənilərə qardaşlıq etməkdir.

Tarix
2022.02.23 / 23:00
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla