Yuxarı

Rusiya qələbə qazana bilər? – İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya qələbə qazana bilər? – İsti şərh

Nəticələr ağır olacaq. Bu məsələdə Rusiyanın heç bir qələbəsindən söz gedə bilməz. Çünki bütün dünya bu gün Rusiyanın aqressiyasına, işğalçı hərəkətinə qarşı birləşəcək və artıq bu proses start götürüb.

Bu sözləri Axar.az-a hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov Rusiya-Ukrayna müharibəsinin nəticələri barədə danışarkən deyib.

“Rusiya çox avanturist və yerində olmayan addım atdı. Bu, Rusiyanın olan-qalan nüfuzuna da çox ciddi xələl gətirəcək. Prinsip olaraq son məqama qədər hər kəs Rusiyanın siyasi-hərbi rəhbərliyini bu məsələdən çəkindirməyə çalışdı. Xeyli insan itkisi olacaq, çox sayda dağıntı var. Amma Rusiya nəyə nail olacaq? Rusiya həm hərbi, həm də iqtisadi sahədə çox sarsıdıcı zərbə alacaq”, - ekspert bildirib.

O qeyd edib ki, beynəlxalq arenada Rusiyanın təcrid olunması prosesi sürətlənəcək:

“Bu gün Almaniya, ABŞ, Böyük Britaniya artıq Rusiya ilə bağlı qərarını verib. Yaxın saatlarda çox gərgin təmaslar olacaq. Artıq qardaş Türkiyədə Təhlükəsizlik Şurasının iclası çağırıldı. Ukraynada hərbi vəziyyət elan olunub. Bu gün Rusiyanı Belarusdan başqa faktiki olaraq heç kim dəstəkləmir və dəstəkləməyəcək. Ukrayna 2014-cü ilin Ukraynası deyil, çox ciddi silahlar alıb. Rusiyanın itkilərinin sayı həddən artıq çox olacaq. Rusiya bütün bunları bilə-bilə müharibəyə girdi. Ukraynada Azərbaycan vətəndaşları da var. Allah hər birini qorusun. İnsanlarımızın həyatını qorumaq üçün dua etməkdən başqa əlimizdə imkan yoxdur”.

Tarix
2022.02.24 / 11:39
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla