Yuxarı

Rusiya SWIFT-dən çıxsa, nə itirəcək? SPFS xilas edəcəkmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birmənalı olaraq deyə bilərik ki, Antiputin Koalisiyasının lideri Britaniyanın Baş naziri Boris Consondur. O, çıxış edərək bəyan edib ki, Rusiya diplomatik və maliyyə baxımdan izolyasiya edilməlidir: “Rusyanı SWIFT-dən xaric etmək üçün artan istəkləri məmnuniyyətlə dəstəkləyirəm".

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. O bildirib ki, Consonun bu açıqlaması çox önəmli bir bəyanatdır.

Belə ki, fevralın 27-də Avropa Birliyinin xarici işlər nazirləri videokonfrans formatında Rusiyaya qarşı hazırlanmış üçüncü sanksiya paketini müzakirə edəcəklər:

“Bu paketə Rusiya və Belarusun banklarının SWIFT ödəmə sistemindən ayrılması daxildir. İndiyə qədər bu qərarın verilməməsi onun həm də sıravi vətəndaşlara təsirləri ilə bağlıdır. Rusiya və Belarus bankları SWIFT ödəmə sistemindən ayrılarsa, onda həmin ölkələrin vətəndaşları nə xaricə pul köçürməsi edə, nə də xaricdən pul vəsaitləri ala biləcək. Böyük ehtimalla Rusiya və Belarus bankarı SWIFT-dən çıxarılacaq”.

SWIFT - Society for Worldwide Interbank Financial Telecommunication (dünya miqyasında banklararası maliyyə kommunikasiyaları icması) kimi açılışı olan abreviaturadır. SWIFT – Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və ora 209 ölkədən 9700-dən çox bank təşkilatı daxildir. Qərargahı Brüssel yaxınlığındakı La-Yulpda yerləşən SWIFT 1973-cü ildən mövcuddur.

SWIFT - banklararası hesablaşmalar səviyyədə istifadə olunan 8-11 nömrəli koddur, onun vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla, milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə olur.

SWIFT 2012-ci ildə İranı sıralarından çıxartdı və 2016-cı ildə yenidən bərpa etdi, 2018-ci ilin payızında İran yenidən bu şəbəkədən uzaqlaşdırıldı. İran hazırda dolayı yollarla – BƏƏ, Türkiyə, İraq, Azərbaycan, Tayvan və xaricdə fəaliyyət göstərən İran bankları vasitəsilə köçürmələr edə bilir.

Rusiyanın SWIFT-dən çıxarılması barədə müzakirələr 2014-cü ildə Krımı işğal edəndən sonra başlayıb. Hətta 2021-ci ilin yazında Avropa Parlamenti bunu tələb edən qərar qəbul etsə də, Avropa Birliyi Rusiyanı SWIFT-dən çıxarmağa indiyədək cəsarət etməyib.

Bunun əvvəl-axır baş verəcəyini bilən Rusiya alternativ olaraq SWIFT formatında məlumat ötürə bilən, lakin texnoloji baxımdan daha geridə qalan Maliyyə Mesajlaşma Sistemini (SPFS) inkişaf etdirməyə başlayıb. 2017-ci ildə SPFS tam həcmdə fəaliyyət göstərməyə başladı. İndiyədək bu sistemə 400-dən çox bank qoşulsa da, SPFS SWIFT-dən Rusiyanın itirdiyinin heç 10 faizini belə bərpa edə bilməz.

Tarix
2022.02.27 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla