Yuxarı

Kremlin Ukrayna üçün “ən pis ssenarisi” – Türk general

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsinin gedişatı ilə bağlı fərqli ssenarilər mövcuddur.

Bu sözləri Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Axar.az-a Rusiyanın Ukrayna ilə müharibəyə daha nə qədər qüvvə cəlb edə biləcəyi məsələsini şərh edərkən deyib.

Generala görə, müharibənin gələcək inkişafının beş mümkün ssenarisi mövcuddur:

“Ssenarilərdən birincisi müharibə edən tərəflər arasında müzakirələr nəticəsində ilkin mərhələdə atəşkəs, sonra isə yekun sülh müqaviləsi imzalamasıdır. Fikrimcə, hazırda Türkiyənin təşkilatçılığı və vasitəçiliyi ilə aparılan danışıqlar tərəfləri razılaşmağa daha da yaxınlaşdırıb. Ən gerçək və rasional ssenari də budur. Çünki tərəflər özləri də fərqli şəkillərdə müharibəni davam etdirməyin o qədər asan olmadığını bildirir. Əlbəttə, danışıqlarda hərbi və siyasi hədəflər baxımından sövdələşmələr olacaq.

İkincisi, Rusiyanın əlavə hərbi qüvvə və texnika gətirməklə hücumların miqyasını və zərbə gücünü artırmasıdır. Lakin son 23 günlük gedişata baxdığımız zaman dünyanın ikinci böyük ordusuna sahib Rusiyanın öz hədəflərinə çatmadığını görürük. Yəni rus ordusu qarşıya qoyulan tapşırıqların icrasında Ukrayna ordusunun müqaviməti və digər çətinliklərlə üzləşir. Dolayısı ilə mən Rusiyanın oraya əlavə olaraq 100-150 minlik qoşun toplayacağına inanmıram. Çünki Ukrayna müqavimət göstərir, həm Rusiyaya güclü beynəlxalq təzyiq və xalqda daxili narazılıq var.

Üçüncü ssenari nüvə silahından istifadə edilməsidir. Nüvə silahının istifadəsi elə Üçüncü Dünya müharibəsinin başlamasıdır, bu, bütün dünya üçün fəlakət deməkdir. Hətta nüvə silahlarından istifadə Rusiyanın da dövlət kimi varlığını son qoya bilər.

Digər bir ssenari Rusiyanın Odessanın işğalından sonra Moldovaya sonrakı mərhələlərdə hərbi məqsədlər üçün qoşun yeritməsidir. Lakin hələ ruslar Odessanı işğal edə bilməyib və Moldova özü də ölkədə olan rus qoşunlarının çıxarılmasını daha aktiv şəkildə tələb etməyə başlayıb.

Son ssenari isə Rusiyanın kimyəvi, bioloji və nüvə silahlarından istifadə etmədən, Ukraynaya silah-sursat və digər yardımların Polşa, Sloveniya və Rumıniya vasitəsilə edildiyini bəhanə edərək, sadaladığımız ölkələrə girməsidir. NATO üzvü olan sadaladığımız ölkələrə hücum da elə Üçüncü Dünya müharibəsinin başlaması deməkdir.

Qeyd etdiyimiz bütün ssenarilər arasında fikrimcə, ən məntiqli olanı problemin müzakirələr yolu ilə tədricən həlli prosesinə üstünlük verilməsidir. Rusiya müharibədən öncə iki-üç günə Ukraynanı ələ keçirməkdən danışırdı, ancaq 23 gün keçməsinə baxmayaraq, konkret bir nəticə əldə edə bilməyib. Ukrayna cəsarətlə döyüşür, müqavimət göstərir, lakin o da böyük itkilər verir. Əsas məsələ Ukraynanın öz gücü hesabına müharibəni nə qədər davam etdirə biləcəyidir. NATO ölkələrindən yardımlar var, amma yardımla uzun müddət döyüşmək mümkün deyil. Eyni zamanda rəsmi Kiyev artıq NATO-ya qəbul edilməyəcəyini anlayıb və ona görə də danışıqların aparılmasını daha da aktivləşdirib”.

Tarix
2022.03.19 / 09:00
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla