Yuxarı

Rusiyanın yeni Jiriki: Bakını niyə “hədələyir”? – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Jirinovskilər istehsalını davam etdirir: RLDP sədri Jirinovski o dünyaya yolu üzərində yeganə süni tənəffüs maneəsində asılıb qalarkən, Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyagin onu şərəflə əvəz etmək öhdəliyini üzərinə götürüb.

Axar.az xəbər verir ki, Azərbaycan Ordusunun heç bir yerdən geri çəkilmədiyi haqda bəyanatı “kişini” yaman əsəbiləşdirib və o, bunu Polşanın Belarusla sərhədə qoşun toplaması ilə müqayisə edib.

Artıq bütün qonşuları, ətrafı və dünyanı özlərinə düşmən görən, insanofob xəstəliyinə tutulan rus siyasi elitası Polşanın sərhədə qoşun yığmasını “bizim müttəfiqimizə hücum edə bilərlər” deyə dəyərləndirib.

Əlbəttə ki, bu təbliğat yalan və böhtandır: NATO heç bir halda Rusiya ilə münaqişəyə girməyəcəyini elan edib, çünki bunun nüvə savaşı olacağını hər kəs yaxşı anlayır. Buna baxmayaraq, Polşanın “Rusiyanın müttəfiqinin” sərhədinə qoşun toplaması və yaxud təlimə başlamasının Moskvanı “haradasa” narahat etməsini anlamaq mümkündür. Çünki Polşa Rusiyaya qarşı ən qəti mövqeyi ilə seçilən Avropa və NATO ölkəsidir: Rusiyaya qarşı bütün sanksiyalara qoşulub, əlavə sanksiyalar da qəbul edib, Rusiyanın 45 diplomatını ölkədən təzəlikcə qovub və bu ölkə ilə bütün əlaqələri pisləşdirib, Ukraynaya hərbi-siyasi yardımların önündə gəlir və s. Bəs, bunun Azərbaycana nə dəxli?

Azərbaycan Rusiyaya qarşı heç bir sanksiyaya qoşulmayıb, Kreml ilə ən yüksək səviyyədə hərbi, siyasi, diplomatik və ticari əməkdaşlığını davam etdirir, hava məkanını Rusiyanın üzünə bağlamayıb və yalnız Rusiyanın özünün təyin etdiyi uçuşlara hava qapısını açıb; iş o yerə çatıb ki, Azərbaycana uçuşları yalnız “Aeroflot” təşkil edir və qiymətləri də bir neçə dəfə qaldırıb – sanki bütün dünyaya ləğv edilən uçuşlarını Azərbaycana səfərlərlə kompensasiya etmək istəyir. Bütün bunlardan əlavə, Azərbaycan 22 fevral 2022-də Rusiya ilə Moskva Bəyannaməsi – müttəfiqlik sənədi imzalayıb, faktiki olaraq bu ölkə ilə müttəfiq sayılırıq…

Polşadakı hansısa hərbi fəallıqla Azərbaycan Ordusunun öz ərazisində dislokasiya yerini müəyyənləşdirməsini müqayisə etmək şizofrenlik, psixi xəstəlik, hamını özünə düşmən etmək və bütün dünyanın nifrətini Rusiyaya qazandırmağın yeni yoludur.

Azərbaycan Rusiya sülhməramlılarından 10 noyabr 2020-ci il bəyanatının 4-cü maddəsinin icrasını istəyir; Azərbaycan öz qanunvericiliyinə uyğun olaraq, inzibati-ərazi vahidlərinin adını müttəfiqi Rusiyadan doğru yazmasını tələb də etmir, xahiş edir; Azərbaycan Rusiyanın zəmanət verdiyi, 11 yanvar və 26 noyabr bəyanatlarına uyğun olaraq, Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyasını istəyir; Azərbaycan Rusiyanın öhdəsinə götürdüyü ərazi bütövlüyünün tam təmin olunmasına çalışır!

Azərbaycan erməni qanunsuz silahlı birləşmələrinin rus sülhməramlıları ilə eyni səngərdə durub, Azərbaycan Ordusu istiqamətində güllə atmasının dayandırılmasını, bu hüquqsuzluğun, işğalı davam etdirmək cəhdinin aradan qaldırılmasını tələb edir!

Bunun əvəzinə Azərbaycanı Polşa ilə müqayisə etmək, Azərbaycanı hədələmək, Azərbaycanın neft obyektlərinə zərbə endirmək təklifini səsləndirmək təkcə hüquqsuzluq deyil, həm də öz Prezidentinin imzasına tüpürməkdir, Rusiyanın milli maraqlarını ayaqlar altına almaqdır.

Rusiya siyasi cameəsində tam bir debilizm başlayıb: hər kəsi hədələmək, hər kəsi raketlə təhdid etmək, hamını nüvə ilə qorxutmaq!

Heç kəs Rusiyaya nüvə silahından sona qədər təhdid kimi istifadə etməyə imkan verməyəcək. Dünyanı nüvə ilə təhdid edib, ölkələri işğal etmək mümkün deyil! Dünya dağılacaqsa, Rusiya qalacaqmı?

Nəyahət, bir “nüvə silahlı dəli” də tapılacaq ki, “Dünya dağılır, cəhənnəmə dağılsın” deyəcək…

Tarix
2022.03.29 / 11:23
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla