Yuxarı

ABŞ “Nüvə qalxanı” qurub: nüvə savaşı ola bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ “Nüvə qalxanı” qurub: nüvə savaşı ola bilər?

Rusiya Ukraynada apardığı savaşa kənar qüvvələrin müdaxiləsini sıfırlamaq üçün nüvə zərbəsini gündəmə gətirib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsinin mümkünlüyü haqda iddialara münasibət bildirərkən deyib.

“Rusiya siyasətçiləri Ukraynada güclü deyil, taktiki nüvə silahı tətbiqi haqda vaxtaşırı hədələyici ehtimallar səsləndirirlər. Ancaq reallıqda bu addımın atılacağı ehtimalı çox aşağıdır. Nüvə silahından istifadə edilərsə, Qərb artıq cavab verməyə məcbur olacaq və əlbəttə ki, ilk olaraq Moskva və Peterburqa zərbə endiriləcək. Bu isə qarşısıalınmaz məhvolma deməkdir. Nüvə savaşının qalibi ola bilməz”, - politoloq qeyd edib.

Q.Hüseynli ABŞ-ın atmosferdə qurduğu “Nüvə qalxanı” adlanan qurğu haqda iddialara da diqqət çəkib:

“Belə bir ehtimal var ki, ABŞ uzun müddətdir buna hazırlaşır və “Nüvə qalxanı” ilə özünü sığortalamağa çalışır. Əlbəttə, real və güclü nüvə tətbiqi zamanı o “qalxanın” effektivliyini görən olmayıb, ona görə də deyilənlərin hamısı fərziyyədir. Bütün hallarda qorunan da, qorunmayan da nüvə savaşından maksimum ziyan görəcək, yüzmilyonlarla insan öləcək və ümumiyyətlə, dünyanın taleyi sual altına düşəcək. Bu baxımdan Ukraynaya göndərilən qoruyucu paltarların, əleyhqazların nüvə silahı tətbiqinə qarşı olduğunu düşünmürəm. Hətta taktiki nüvə tətbiqi belə dəhşətli nəticələrə yol aça bilər. Ola bilsin ki, Ukraynaya tədarük edilən əleyhqazlar və digər qoruyucu vasitələr kimyəvi silaha qarşıdır”.

Politoloq Azərbaycanın da nüvə silahından müdafiə vasitələrinə ehtiyacı olması barədə səsləndirilən fikirlərə bu cür reaksiya verib:

“Nüvə dəhşətindən qorunmaq olduqca müşkül məsələdir – harda, necə tətbiq edilə, zərbə dalğası nə qədər ola, külək hansı istiqamətdə əsə və zəhər haralara yayıla, neçə müddət qala bilər? – bu kimi sualların cavabı çox çətindir. Bu baxımdan xüsusi hazırlıqlara ehtiyac olduğunu düşünmürəm. Buna baxmayaraq, müəyyən geyimlərin və əleyhqazların alınması, insanlarda ilkin təsəvvür üçün maarifləndirici təbliğatın aparılması pis olmazdı”.

Tarix
2022.04.20 / 09:07
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

Prezident Daramber Qoxul ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla