Yuxarı

Kreml çıxılmaz vəziyyətdə: Müharibəni necə bitirək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq iki aya yaxındır ki, Ukraynada müharibə davam edir. Rusiya Kiyev vilayətindən geri çəkilib, lakin (rəsmi bəyanatlara əsasən) hələ də Donbas uğrunda döyüşü davam etdirir. Moskvanın məqsədi regionda və Ukraynanın cənubunda tam nəzarətin yaradılmasıdır. Rusiya Prezident Administrasiyasının daxili siyasi blokunda müharibədən çıxmaq üçün “yaxşı PR ssenariləri” yoxdur. Onlar ölkə Prezidenti Vladimir Putinin reytinqini aşağı salmadan müharibəni necə bitirəcəklərini bilmirlər.

Axar.az xəbər verir ki, bu barədə “Meduza”ya Prezident Administrasiyasına yaxın üç mənbə məlumat verib.

Məlumata görə, Rusiya Prezident Administrasiyasında bu cür ssenarilər işlənilməsinə bir neçə həftə əvvəl başlanılıb:

“Biz baxdıq, düşündük, lakin uyğun bir ssenari tapa bilmədik. Buna görə də ictimai rəyi mümkün danışıqlara hazırlamamaq qərarına gəldik. Hər şeyi öz axarına buraxdılar. Kreml rusların əksəriyyətinin müharibəni “faşistlərlə və faşizmə qarşı mübarizə” kimi ciddi qəbul etdiyinə əmindir. Bunu qapalı sosioloji sorğuların nəticələrindən müəyyən ediblər. Rusiya hakimiyyəti uzun illərdir ki, belə sorğulardan istifadə edir. Kreml müharibədən çıxmağın ən ciddi maneələrindən biri kimi xüsusi əməliyyata dəstək verən orta təbəqənin bir çox nümayəndələrinin mövqeyini göstərir. Orta təbəqənin nümayəndələri əmindirlər ki, müharibədə qələbəyə qədər getmək lazımdır. Onlar bildirirlər ki, əgər müharibə başlayıbsa, Kiyevi, hətta Lvovu almaq lazımdır. Rusiya geri çəkilə bilməz”.

Tarix
2022.04.23 / 09:09
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla