Yuxarı

ANS-in işdən çıxarılan əməkdaşı danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ANS televiziya kanalından işdən azad edilməyim özümdən asılı olmayan səbəblərdən baş verib".

Bunu açıqlamasında ANS-in Şirvan şəhəri üzrə keçmiş müxbiri Nəriman Hüseynov deyib. O bildirib ki, işdən çıxarılması ilə bağlı mediada yayılan xəbər həqiqətə uyğundur və artıq dekabrın ortalarından kanalla əməkdaşlığını dayandırıb.

O, işdən azad edilməsinin səbəbləri haqqında da danışıb: "ANS -dən çıxmağım özümdən asılı səbəblərdən deyil. Digərləri necə işdən uzaqlaşdırılıblarsa, mənim də işdən çıxmağım bu formada olub. Sadəcə sözügedən həmkarlarımdan fərqli olaraq məni daha əvvəl, dekabr ayında işdən kənarlaşdırdılar. Mənimlə birgə çalışan operator Fərid Əliyev isə ANS-in mərkəzi ofisinə aparıldı".

N. Hüseynov Fərid Əliyevin isə ötən gün işdən azad edildiyini söyləyib: "Dünən də onu eyni səbəbdən işdən azad ediblər. Ona deyiblər ki, əgər bu adamlar bölgədə ixtisara salınıblarsa, gəlib mərkəzdə işini davam etdirə bilməzlər".

Qeyd edək ki, AzNews.az-a daxil olan məlumata görə, ANS-in Göyçay muxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə müxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun müxbiri Rəhman Məlikov və 13 ildən çox bu TV-də çalışan operator İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Hüseynov və operator Fərid Əliyev işdən çıxarılıb.

Maraqlıdır ki, ANS-in mətbuat xidmətinin rəhbəri Mais Məmmədov isə kütləvi çıxarılmaların baş vermədiyini bildirib (AzNews).

Tarix
2014.01.14 / 17:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla