Yuxarı

Rusların olmadığı Ağdərədə “Rus mərkəzi” açıldı – Niyə?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusların olmadığı Ağdərədə “Rus mərkəzi” açıldı – Niyə?

08:30

Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində, keçmiş Ağdərə rayonunda “Rus mərkəzi” açılıb.

Axar.az xəbər verir ki, bu barədə rus sülhməramlılarının himayəsində hələ də fəaliyyət göstərməyə cəhd edən erməni separatçı tör-töküntüləri açıqlama yayıb.

Bildirilib ki, mərkəz “rus dili və mədəniyyətinin öyrədilməsi” ilə məşğul olacaq.

Mərkəzin guya mesenatlar sayəsində açıldığı, xeyriyyəçilərin tədris materialları və mebel verdiyi iddia edilib.

Qeyd edək ki, Rusiyanın Qarabağ iqtisadi rayonu ərazisində “Rus icması” yaratması, “Rus mərkəzi” açmasının heç bir ictimai-sosial məntiqi yoxdur, çünki Qarabağda ümumilikdə 27 min erməni yaşayır. Dünyanın ən böyük ərazisinə malik olan Rusiyanın əhalisinin hər il bir milyon azaldığını və hazırda 138 milyona düşdüyünü nəzərə alsaq, rusların Qarabağa köçürülməsi də mümkün deyil. Buna baxmayaraq, burda “icma” yaradılır. Şübhəsiz ki, bunun səbəbi yalnız siyasi məqsədlərdir.

O ki qaldı “rus icması və mərkəzi”nə, Azərbaycanda Rus İcması da var, Rus Mərkəzi də; rusdilli orta məktəblər ümumi məktəblərin 8 faizinə qədərini təşkil edir, ali məktəblərin rus dili bölmələri fəaliyyət göstərir – halbuki ruslar ümumi əhalinin 0,9 faizindən də azını təşkil edir; Rus Kitab Evi də Bakının mərkəzində təmtəraqlı yerdədir; Rus İcmasının rəhbəri isə millət vəkilidir və s.

Ermənistanda bir ədəd də rusdilli məktəb yoxdur. Rusiya mədəniyyətinin və dilinin tədrisindən Ermənistanda “narahat” olmalıdır, Azərbaycanın müvəqqəti nəzarət etdiyi ərazilərində yox.

Tarix
2022.05.12 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla