Yuxarı

Elçinin qızına yüksək vəzifə verildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçinin qızına yüksək vəzifə verildi - Foto

Sentyabrın 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitində Günay Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin edilib. Bu barədə sənədi Sammitdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri imzalayıblar.

Axar.az AzərTac-a istinadla xəbər verir ki, sentyabrın 10-da isə Günay Əfəndiyevanın təyinatı məsələsi TDƏŞ-ə üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə müzakirə olunub. Günay Əfəndiyeva görüşdə çıxış edərək deyib ki, Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması türk dünyası üçün böyük bir töhfə olacaq. Bu Fondun məqsədi türkdilli ölkələrin mədəniyyətini, irsini araşdırmaq, qorumaq, təbliğ və təşviq etmək, gələcək nəsillərə ötürməkdən ibarətdir.

Fondun gələcək fəaliyyətindən danışan G.Əfəndiyeva deyib: "Fond öz fəaliyyətini digər türkdilli və beynəlxalq təşkilatların təcrübəsindən istifadə etməklə, onlarla əməkdaşlıq yolu ilə həyata keçirəcəkdir. Qədim mədəniyyətimizin ömrü, bizim ona verdiyimiz dəyər qədərdir. Türk xalqlarının sahib olduğu mədəni irsi yenidən ona qazandırmaq bizim ən böyük hədəfimizdir".

Xatırladaq ki, mərkəzi ofisi Bakıda yerləşməklə yaradılan Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi məqsədi Azərbaycan Prezidenti İlham Əliyev 7 may 2015-ci il tarixli sərəncam vermişdi. Sərəncamda Günay Elçin qızı Əfəndiyevanın Fond rəhbərliyinə təyin olunması ilə bağlı təklifin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıları Şurasına təqdim edilməsi Xarici İşlər Nazirliyinə tapşırılmışdı.

Tarix
2015.09.12 / 01:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla