Yuxarı

Rusiya bu halda qarşısında Britaniya ordusunu görəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlaması bəhanəsindən biri də Ukraynanın guya NATO-ya üzv qəbulu perspektiviylə bağlı idi. Halbuki Şimali Atlantika Bloku və təşkilatın Fransa və Almaniya kimi üzvləri Ukraynanın və Gürcüstanın NATO üzvlüyü əleyhinə olduqlarını gizlətmirdilər. İndinin özündə də Kiyevə açıq deyirlər ki, Ukrayna hətta onilliklər ərzində təşkilatın üzvlüyünə qəbul oluna bilməyəcək.

Axar.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində əksini tapıb.

Mərkəz qeyd edib ki, buna baxmayaraq, Kreml Rusiya əhalisini NATO ilə qorxutmağa davam edir:

“Kreml sahibi 9 May paradında çıxışında guya NATO-nun Ukrayna ilə birgə Krıma hücuma hazırlaşdığını elan etdi və bildirdi ki, Rusiya Ukraynaya hücum etməsəydi, Şimali Atlantika Bloku yarımadanı ələ keçirmək üçün hərəkətə keçəcəkdi. Bu, NATO haqqında növbəti miflərdən biridir. Nə NATO, nə də Ukrayna rəhbərliyi Krımı hərbi yolla geri qaytarmağı planlaşdırırdı. Bunun mümkün olmayacağını həm Brüssel, həm də Kiyev anlayırdı. Ukrayna Prezidenti Vladimir Zelenskinin gücü sadəcə ötən ilin avqust ayında Kiyevdə “Krım platforması”nın keçirilməsinə çatdı. İndinin özündə də müharibənin davam etdiyi müddətdə Kiyev Krımdan çox, 24 fevraldan sonra işğal olunan ərazilərin geri qaytarılması haqqında düşünür”.

Analizdə qeyd olunub ki, uzun onilliklər neytral siyasətə üstünlük verən Finlandiya və İsveç NATO-ya qoşulmaq barədə qərar verdilər:

“Əgər bu iki ölkə Ukraynadakı işğalçı müharibə fonunda NATO-ya üzv qəbul edilsələr, bu amilin özü Kremlin regional siyasətinin növbəti məğlubiyyəti olacaq. Çünki Finlandiya və İsveç keçmişdə SSRİ, sonrakı illərdə isə Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün NATO-ya üzv olmurdular. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi yeni reallıqlar yaradıb. Rusiya ilə əməkdaşlıqdan uzaqlaşmaq və bu dövlətdən özünü qorumaq istəyənlərin sayı artıb. Şimali Atlantika Bloku Finlandiya və İsveçi üzvlüyə qəbul etməyə hazırdılar. Ancaq qəbul müəyyən prosedurların həyata keçirilməsini tələb etdiyindən Böyük Britaniya İsveç və Finlandiya ilə ikitərəfli hərbi əməkdaşlıq sazişi imzaladı. London bunu ona görə etdi ki, Finlandiya və İsveç Şimali Atlantika Blokuna üzv olana qədər Rusiyanın hədələrindən qorunsunlar və Moskvada anlasınlar ki, bu iki ölkəyə qarşı hansısa təxribat planlaşdırsalar, qarşılarında Böyük Britaniyanı görəcəklər.

NATO Avropa ilə kifayətlənmir. Şimali Atlantika Bloku Asiya dövləti olan Cənubi Koreya ilə də əməkdaşlığı genişləndirir. Cənubi Koreya bayrağı ilk dəfə olaraq Estoniyanın paytaxtı Talinndəki NATO kibermüdafiə mərkəzində qaldırıldı. NATO-nun Kooperativ Kibermüdafiə Mükəmməllik Mərkəzi üzv dövlətlərdən mütəxəssisləri kiberhücumların qarşısını almaq üçün birlikdə işləmək üçün öyrədir və əməkdaşlığa cəlb edilən Cənubi Koreya NATO üzvü olmayan beşinci ölkədir.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti 2019-cu ildən müxtəlif təhlükələrə cavab vermək üçün dünya səviyyəli bacarıqlara sahib olmağı qarşısına məqsəd qoyub. Şimali Koreyanın artan raket sınaqları və Çinin bölgədə artan hərbi gücü Cənubi Koreyanı həm müttəfiqi ABŞ, həm də NATO ilə əməkdaşlığı genişləndirməyə vadar edir. ABŞ Prezidenti Co Baydenin 20-22 may tarixləri arasında Seula səfəri zamanı də bölgənin təhlükəsizlik məsələləri müzakirə olunacaq. Səfər zamanı ABŞ-Cənubi Koreya-Yaponiya üçlü ittifaqının formalaşacğı da planlaşdırılır”.

Tarix
2022.05.13 / 12:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla