Yuxarı

Zəvvarlarımızdan xəbər var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəvvarlarımızdan xəbər var

"Azərbaycanlı zəvvarlar sağ-salamatdırlar. Onlar hal-hazırda Mədinə şəhərindədirlər". Bunu ANS-ə açıqlamasında Azərbaycanlı zəvvarların qrup rəhbəri Hacı Həmdullah Babayev bildirib.

Onun sözlərinə görə, zəvvarlarımız Məkkə şəhərinə bir neçə gün sonra - sentyabrın 14-də yola düşəcəklər.

"Zəvvarlarımızın vəziyyəti yaxşıdır, heç bir problem yoxdur. Onlar Mədinə şəhərində öz ibadətlərini yerinə yetirirlər. Kəbədə baş verən hadisənin bizə heç bir aidiyyəti yoxdur", - deyə Hacı Həmdullah Babayev əlavə edib.

Dünən Məkkə şəhərindəki Məscidi-Haramda təmir və restovrasiya işləri aparan böyük kranlardan biri aşıb. Həcc mövsümü və cümə günü olduğundan məscid ərazisində böyük izdiham olub və 107 zəvvar dünyasını dəyişib. Bundan başqa 238 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova da Kəbədə baş verən faciə zamanı xəsarət alanlar içərisində azərbaycanlıların olmadığını bildirib.

Tarix
2015.09.12 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla