Yuxarı

Əliyev, Putin və Paşinyan görüşə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev, Putin və Paşinyan görüşə bilər

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilə bilər.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-ın “Qarabağ məsələsinin nizamlanması yollarının axtarışı çərçivəsində yaxın gələcəkdə Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli sammitin keçirilməsi mümkündürmü?” sualına cavab olaraq bildiirb.

O, üçtərəfli görüşün olacağını istisna etməyib:

“Biz 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli bəyanatların ən yüksək səviyyədə gerçəkləşdirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderlər daimi təmasdadırlar. Əgər belə bir ehtiyac yaranarsa, üzbəüz görüşün təşkilini istisna etmirik. Mayın 12-də Düşənbədə Sergey Lavrov MDB Nazirlər Şurasının iclasında Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqların gedişində Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılması məsələlərinin bütün spektrini müzakirə edib”.

Tarix
2022.05.17 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla