Yuxarı

Azərbaycan və Litva arasında 7 memorandum imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Litvanın iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var.

Axar.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya bazarında mövcud şəraitdə Azərbaycanın Avropa ilə Asiya arasında ən mühüm həlqələrdən biri kimi rolu güclənir və bu, ölkəni Litva üçün cəlbedici ticarət tərəfdaşına çevirir və biznesin inkişafı üçün imkanlar yaradır.

G.Nauseda bildirib ki, yüksək texnologiyalar, informasiya texnologiyaları, qida sənayesi, logistika və bərpa olunan enerji kimi sahələrdə Litva Azərbaycana maraqlı ola bilər.

“Litva Azərbaycandan olan biznes tərəfdaşlarına təklif edəcək bir çox şeyə malikdir: bizim yeddi azad iqtisadi zonamız var, Avropanın ən inkişaf etmiş rəqəmsal infrastrukturlarından birinə, qabaqcıl nəqliyyat və logistika sektoruna, Klaypeda limanına, həmçinin iri və şaxələndirilmiş kənd təsərrüfatı sektoruna malikik”, - Prezident G.Nauseda söyləyib.

Biznes forum zamanı Azərbaycan və Litvanın dövlət və özəl sektorunun nümayəndələri ticarət, texnologiya, rəqəmsallaşma, nəqliyyat və logistika, innovasiyalar, kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığın genişləndirilməsinə dair 7 memorandum imzalayıblar.

G.Nauseda, həmçinin Azərbaycanın bines nümayəndə heyətini Litvaya səfərə dəvət edib.

Tarix
2022.05.18 / 18:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla