Yuxarı

Şeyxdən Ermənistan açıqlaması: Revanşizm ideyaları...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyxdən Ermənistan açıqlaması: Revanşizm ideyaları...

Azərbaycan cəmiyyətində nümunəvi birgəyaşayışın multikultural mühitin formalaşmasında İslam dininin bütün səmavi dinlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq fəlsəfəsinin müstəsna rolu danılmazdır.

Axar.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Bakıda keçirilən “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

QMİ sədri bildirib ki, bu gün azad edilən torpaqlar minalardan təmizlənərək yenidənqurma işləri aparılır, işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılıb, təhqir olunmuş milli, dini, mənəvi abidələr bərpa edilir, bölgədə sülh və rifah yönündə iqtisadi layihələrlə çıxış edilir:

"Bunun əksinə, monoetnik Ermənistanda bu gün də qisasçılıq meylləri var. Biz Ermənistanı təcavüzkarlığa səsləyən nifrət çağırışlarına, revanşizm ideyalarına son qoymağa, sülhə və mehriban qonşuluğa dəvət edirik. Bütün deyilənləri ümumiləşdirsək, multikulturalizm ideyaları dünyanın bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmalı, inkişaf etdirilməli, mühüm dünya problemlərinin həllində çıxış nöqtəsi olmalıdır".

Tarix
2022.05.19 / 10:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla