Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev tanınmış jurnalist Qadir İbrahimlinin vəfatı ilə əlaqədar maraqlı paylaşım edib.
Axar.az xəbər verir ki, E.Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun Qadir İbrahimliyə olan xüsusi hörmətindən söz açıb.
“Heç kimə bənzəməyən, fərqli adam idi Qadir müəllim. Sevdiyi adamları qorumağı da bacarırdı, onlarla qürur duymağı da...
Gəncə şəhərindən tanıdığı bir müəllim dostunun övladı Polis Akademiyasının müsabiqə vaxtına 5 gün gecikmişdi. Müsabiqə başa çatmışdı. Zəng vurdu ki, kömək lazımdır. Baxmayaraq ki, çox gec idi. Ancaq onun adı olan yerdə o məsələlər həmişə həll edilirdi. Bu barədə rəhbərliyə deyəndə, "Kömək edin, həll edin. Qadir müəllim heç kimə bənzəməyən, təmənnasız adamdır..." cavabını aldıq.
Onu hamı elə tanıyırdı. Allah rəhmət eləsin!
Fəxrlə anılacaq, şərtsiz dost öhdəliyi olan Qadir müəllim!” – deyə E.Hacıyev qeyd edib.