Axar.az
Yuxarı

AB-nin Türkiyəyə qarşı “ərköyün uşağı” - General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Yunanıstan iki qonşu ölkədir və İkinci Dünya müharibəsindən sonra, 1952-ci ildə də dövrün geosiyasi şərtlərinə görə birlikdə NATO-ya üzv olublar. Ölkələrimiz arasında uzun illərdir davam edən problemlər var. Bunların başında Egey dənizindəki adalar, Aralıq dənizində Kipr məsələsi, hava və dəniz sərhədləri ilə bağlı məsələlər gəlir.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Onun sözlərinə görə, Yunanıstan hər zaman Türkiyəyə qarşı qarayaxma kampaniyası aparıb, sanksiyaların dayandırılmaması üçün çalışıb:

“1974-cü ildə NATO-nun hərbi qanadından çıxan Yunanıstanın 1980-ci ildə yenidən ora qatılmasına görə Türkiyə verilən müəyyən sözlər qarşısında veto qoymadı. Lakin Yunanıstan həm Türkiyəyə, həm də beynəlxalq ictimaiyyətə verdiyi sözləri tutmadı. Xüsusilə Aralıq dənizində təbii ehtiyatların araşdırılması, “Mavi Vətən” dediyimiz yerlərdə ölkəmizin kontinental şelf zonası, təbii qazın çıxarılması məsələsi, Kipr adasındakı problemlərin həlli ilə bağlı addımların atılmaması, Egey adalarının qanunsuz şəkildə silahlandırılması vəziyyəti daha da gərginləşdirib. Yunanıstan son üç ildə ABŞ-a Egey və Aralıq dənizlərinə tam nəzarətə imkan verən beş hərbi hissə inşa etməyə icazə verib. Vurğulamaq istəyirəm ki, bunlardan biri olan Dədəağac ölkəmizdən yalnız 30 km məsafədə yerləşir. Yunanıstanın davranışı dost, qonşu münasibəti deyil. Yunanıstan Baş naziri Kiryakos Miçotakis ABŞ-a səfəri zamanı Konqresdə çıxışında Türkiyənin Afinanın haqq və mənfəətlərinə qarşı fəaliyyət göstərdiyini, Kiprdə ikidövlətli həll variantını rədd etdiyini deyib. O, eyni zamanda ABŞ-dan NATO-nun cənub qanadına verilən yardımlar çərçivəsində Türkiyəyə tarazlığı pozacaq yardımların edilməməsini, F-16 qırıcı təyyarələrinin verilməməsini istəyib”.

Generalın sözlərinə görə, Türkiyə və Yunanıstan arasında 2000-ci ildən etibarən mövcud problemlərin həlli ilə bağlı qarşılıqlı müzakirələr aparılır:

“Yunanıstan Avropanın və ABŞ-ın “ərköyün uşağı” kimi masaya şərtlərlə gəlir. Rəsmi Afina sonuncu dəfə Türkiyənin Aralıq dənizində təbii qaz və neft yataqlarının axtarışı ilə məşğul olan gəmisinin fəaliyyətinin dayandırılması şərtini önə sürərək danışıqlardan imtina edib. Yunanıstan ölkəmizin AB-yə üzvlüyünü əngəlləmək üçün mütəmadi olaraq çalışır. Eləcə də Türkiyəyə qarşı tətbiq edilən AB sanksiyalarının əsas istinad nöqtəsi Yunanıstandır. Əhali və ərazisinə görə Yunanıstan hazırda dünyada silahlanmaya ən çox vəsait ayıran ölkədir. Fikrimcə, münasibətlərdə mövcud olan gərginlik və soyuqluq bundan sonra uzun müddət davam edəcək. Ayrıca Yunanıstan PKK terrorçuları üçün mütəmadi şəkildə təlim düşərgələri qurmaqda, radikal sol təşkilatların və FETÖ üzvlərinə ev sahibliyi etməkdədir. Yunanıstan ölkəmizə qarşı terror təşkilatlarını dəstəkləməklə heç nəyə nail ola bilməyəcək”.

Tarix
2022.05.25 / 08:30
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Erməniyə uduzub, kütləyə “oynamaq” olmaz - Video

Ordumuz erməniləri atəşə tutub? – Rəsmi

Sammit Xəzəryanı dövlətlərin birgə işinə yeni impuls verdi

Kəlbəcərdəki tapıntı: İki erməni Su-25-i... - Foto

Xəzər Aral dənizinin aqibəti ilə üzləşə bilər

Əgər Nikol Zəngəzur dəhlizinə imkan verməsə... - Markov

Rus mediasının Qaraqalpaqdan süjeti Kremli ifşa etdi

Bakıda yaşayış binasının lifti qırıldı: yaralı var

Ermənilərin ATƏT PA-dakı bütün cəhdləri iflasa uğradı

Paşayeva mədəniyyət nümayəndələri ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla