Yuxarı

Əflatun Amaşov Departamentə məktub yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əflatun Amaşov Departamentə  məktub yazdı

Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakıda qəzet və jurnalların səyyar şəkildə satışının qadağan edilməsinə münasibət bildirib.

Qurum sədrinin sözlərinə görə, Mətbuat Şurası məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentinə məktubla müraciət edib:

"Biz bu məsələnin dəqiqləşdirilməsi üçün həmin departamentə məktub göndərmişik. Cavab gəlsin, görək nə məsələdir. Hələ ki, məndə dəqiq məlumat yoxdur bu barədə. Məlumat dəqiqləşəndən sonra məsələyə münasibət bildirəcəm".

Qeyd edək ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən şəhərin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satışına qadağa qoyulub.

Bakı Şəhər Ticarət və Xidmət Departamenti bildirir ki, bundan sonra şəhər ərazisində küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların satışı isə yalnız şəhərdə quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək (AzVision).

Tarix
2014.01.15 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla