Yuxarı

Kissencer niyə Rusiyaya güzəşt tələb edir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur siyasi xadim Henri Kissincer Nikson administrasiyası dövründə ABŞ və Çin arasında siyasi və iqtisadi əlaqələrin qurulmasının memarlarından biri, hətta əsas memarıdır. Məhz onun bu siyasəti nəticəsindən Sovet İttifaqı ilə Çin arasında ayrılıq yarandı. ABŞ Çini öz tərəfinə çəkib, Sovet İttifaqını təkləməyə nail oldu.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Henri Kissincerin dünyada geosiyasi vəziyyətin ciddi dəyişikliklərə məruz qalacağı ilə bağlı açıqlamasını şərh edərkən deyib.

“İndi isə Kissincer bunun tam əksini edir. O düşünür ki, Rusiya ilə birləşmək, yaxınlaşmaq və Çini təkləmək lazımdır. Çünki Rusiyanı sıxmaq onu Çinin ağuşuna itələyir. Və bu da Çin ilə Rusiyanı məcburi ittifaqa sürükləyir. Kissincer anlayır ki, Rusiya Prezidenti Vladimir Putinin, eləcə də Rusiyanın imicini sındırmaq olmaz. Qərb elə bir forma tapmalıdır ki, bu həm Rusiya, həm də Qərbi uduşlu çıxarsın. Rusiya 400 illik Avropa dünyasının bir hissədir. Rusiya Avropada hərbi balans yaradan qüvvədir. Kissincerə görə, Rusiya AB ilə əlaqələrini inkişaf etdirməlidir. Bunun qarşılığında isə ABŞ-ın bütün diqqəti Çini mühasirəyə almağa, onunla mübarizəyə yönləndirilməlidir. Burda da Rusiya dəstəyindən istifadə etməyi düşünürlər. Düzdür, bəzi şəxslər Kissincerin Moskva Dövlət Universitetinin fəxri professor olmasından və Putinlə yaxın dostluq münasibətlərindən dolayı ruslardan yana açıqlama verdiyini iddia edirlər. Guya ki, Kissincer şəxsi marağı və rus lobbisindən aldığı vəsaitlər qarşılığnda Rusiyanı müdafiə edir. Məncə, bu belə deyil. Kissincer Rusiyanı Çindən ayırıb, ona qarşı mübarizədə özlərinə tərəf çəkmək məqsədini güdür”, - o bildirib.

Qeyd edək ki, H.Kissincerin Davos İqtisadi Forumunda Ukraynanın Rusiyaya güzəştə getməsi gərəkdiyini deməsi və Rusiyanın tələbləri ilə razılaşıb, onunla Çinə qarşı birləşməyin vacibliyini qabartması böyük müzakirələrə səbəb olub.

Tarix
2022.05.27 / 12:58
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla