Yuxarı

Sərhədlərin delimitasiyası üzrə ilk görüş... - Qriqoryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Azərbaycan arasında sərhədlərin delmitasiyası üzrə milli komissiyalarının mayın 24-də baş tutan birinci görüşü konstruktiv keçdi.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.

“Mayın 24-də sərhəddə birinci görüş keçirdik. Bu görüşdə gələcəkdə birgə fəaliyyətin təşkili məsələlərini müzakirə etdik. Bu baxımdan, görüşü tamamilə konstruktiv hesab edirəm. Sərhədlərin delimitasiya və təhlükəsizliyi məsələləri üzrə komissiyanın növbəti görüşünün tarixi barədə hələ razılıq yoxdur. Ancaq görüşün Moskvada keçirilməsi təsdiqlənib”, - o qeyd edib.

M.Qriqoryanın sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya xəttlərinin açılması üzrə Üçtərəfli İşçi Qrupun iclası gələn həftə Moskvada keçiriləcək:

“Bu görüşün konkret tarixinin müəyyən edilməsi razılaşdırılır. Görüşün gündəliyinə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatının icrası daxildir”.

Qeyd edək ki, mayın 24-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib. Tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.

Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.

Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.

Tarix
2022.05.27 / 14:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla