Yuxarı

Mişelin eyhamı: Sülhməramlılar Qarabağı tərk edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şarl Mişel Brüsseldə İlham Əliyev və Nikol Paşinyanla görüşüb. Hər şey adi görünürdü, amma bu görüşdən sonra biz Ermənistan-Azərbaycan münaqişəsində real irəliləyiş müşahidə etdik. Son aylarda demək olar ki, bu ilk əhəmiyyətli görüş oldu. Paşinyan və Əliyev sənədi imzalayan kimi dərhal sərhədin demarkasiyası üzrə komissiyaların yaradılması elan edilir, daha bir neçə saat keçir və bu komissiyaların rəhbərləri sərhəddə görüşür. Mişel buna necə nail oldu?

Axar.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Samvel Aqanesyan bölüşüb.

“Tamamilə məntiqli sual yaranır ki, Mişel Ermənistanın Baş nazirinin və Azərbaycan Prezidentinin ürəyinə nə cür yol tapa, konstruktiv dialoqa başlamaq üçün nə edə bilərdi? Prinsipcə, Əliyev dialoqun və əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əleyhinə deyildi, Paşinyan haqqında isə bunun əksini demək olar. Bəs o, Nikola nə təklif etdi ki, Paşinyan imtina edə bilmədi?” - erməni ekspert qeyd edib.

Onun sözlərinə görə, Rusiya ilə hər şey aydındır, o öz sərhədlərində “kənar adamları” sevmir. Eyni zamanda, o, münaqişə tərəflərinə heç nə vəd edə bilməz. Amma Qərb bir şey təklif etdi!

“Mən güman edə bilərəm ki, Paşinyana eyham vurulub ki, sərhəd münaqişəsinin həlli AB-də Ermənistan vətəndaşları üçün viza məsələsini onun tamamilə ləğvinə qədər xeyli sadələşdirə bilər. Ən əsası isə şübhəsiz ki, tərəflərə Rusiya sülhməramlılarının yaxın vaxtlarda regionu tərk edəcəyi vəd edilib”, - erməni ekspert qeyd edib.

Tarix
2022.05.27 / 17:02
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla