Yuxarı

Bunu etsək, müharibəyə cəlb olunacağıq - Qaribaşvili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bunu etsək, müharibəyə cəlb olunacağıq - Qaribaşvili

Bidzina İvanişvili və bizim hökumət hakimiyyətə gəlməsəydi, bu gün ölkənin heç bir şansı olmazdı. Nəinki Avropaya inteqrasiya, heç dövlətimiz belə olmazdı.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili bu gün parlamentdə çıxışı zamanı müxalifət deputatalarının suallarına cavab olaraq bildirib.

O qeyd edib ki, Saakaşvilinin dövründə ərazilərimiz itirilib:

"Burada belə bir sual səsləndi ki, guya cənab Bidzina ölkənin Avropa inteqrasiyasına qarşıdır və hökumətin Avropa inteqrasiyası qarşısındakı əsas maneəsidir. Hər kəsə xatırlatmaq istəyirəm ki, Bidzina İvanişvili və bizim hökumət hakimiyyətə gəlməsəydi, bu gün heç bir şansımız olmazdı. Nəinki Avropaya inteqrasiya, heç dövlətimiz belə olmazdı. Mənə bunu deməyə sizin hakimiyyətiniz dövründə həyata keçirdiyiniz anlaşılmaz, anti-dövlət siyasətiniz imkan verir. Saakaşvilinin dövründə siz ərazilərimizi itirdiniz, ölkəyə rus ordusunu yenidən qaytardınız. Müharibədən sonra siz nəinki sanksiyalar tətbiq etmək üzərində işlədiniz, əksinə, Rusiya vətəndaşları üçün vizasız rejim tətbiq etdiniz, strateji obyektləri Rusiya kompaniyalarına satdınız. Bu gün çıxıb bizə ağıl öyrədirsiniz ki, Rusiyaya iqtisadi sanksiyalar tətbiq edək. Sizdən soruşmaq istəyirəm, Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyimiz zaman bu sanksiyalar Rusiyada yaşayan 1 milyon vətəndaşımız və ölkəmizdəki 4 milyon vətəndaşımıza tətbiq ediləcək, ya yox? Biz sizdən və sizin bir çox partiya yoldaşınızdan eşidirik ki, Ukraynaya silah göndərməliyik, yeni təmir edilmiş Su-25 təyyarələrimizi onlara verməliyik. Bütün bunlar ölkəni müharibəyə cəlb etmək deməkdir".

Tarix
2022.05.28 / 00:35
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla