Yuxarı

Saakaşvili xaricə göndəriləcəkmi? - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstənilən məqsədlə ölkədən çıxarsa, cəza ya təxirə salınmalı, ya da cəzadan azad edilməlidir. Bununla bağlı isə məhkəmə qərar verəcək.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze eks-prezident Mixail Saakaşvilinin xaricdə müalicə alıb-almayacağı barədə sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi öz qərarı ilə heç bir məhkumun üzünə qapı aça bilməz:

“Xaricə köçürülmək üçün şəxs məhbus olmamalıdır, çünki məhkum Gürcüstan ərazisindəki cəzaçəkmə müəssisəsində cəza çəkir. Bildiyimə görə, onun Gürcüstanda sağalması mümkün olmayan heç bir diaqnozu yoxdur və belə bir çağırışla biz ümumiyyətlə həkimləri və Gürcüstanın səhiyyə sistemini təhqir edirik. İstənilən məqsədlə ölkəni tərk edərkən cəza təxirə salınmalı və ya cəzadan azad edilməlidir. Qərar məhkəmə tərəfindən verilir, Ədliyyə Nazirliyi öz qərarı ilə heç bir məhkumun üzünə qapı aça bilməz, bunun üçün müvafiq hüquqi əsas olmalıdır. O, lazım olan hər cür tibbi tədbirlərdən keçir. Gürcüstanda onun bütün diaqnozları üzrə müalicə almaq mümkündür. Qalanları siyasi gündəmin bir hissəsidir”.

Tarix
2022.05.28 / 21:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla