Yuxarı

YAP-ın namizəd vermədiyi dairənin deputatı danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP-ın namizəd vermədiyi dairənin deputatı danışdı

122 saylı Xankəndi seçki dairəsindən millət vəkili olan Flora Qasımova yenidən namizədliyini irəli sürə bilər.

Axar.az-a danışan xanım millət vəkili seçiminin hələ dəqiqləşmədiyini deyib:

"Hansı dairədən namizədliyimi irəli sürəcəyim hələ dəqiqləşməyib. Yeni Azərbaycan Partiyasının namizəd siyahısını açıqlamasını gözləyirdim. Əgər millət vəkilliyinə namizədliyimi versəm, yenə 122 saylı Xankəndi Seçki Dairəsindən verəcəyəm. Düzdür, hakim partiya mənim dairəmdən heç bir namizəd irəli sürməyib. Könül istərdi ki, əslən xankəndili, prespektivli, sözünü deyən bir gənc namizədliyini irəli sürərdi, biz də gedib ona səs verərdik. Lakin varmı? Təəssüf ki, yoxdur. Yəqin ki, namizədliyimi verəcəm. Hələ ki düşünürəm".

Xatırladaq ki, Flora Qasımova Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşıdır. Onun millət vəkili seçildiyi 122 saylı Xankəndi Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyası namizəd irəli sürməyib.

Tarix
2015.09.16 / 17:01
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla